SAF Pharma LLC
Baş Mühasib
Son tarix 16 dek 2023 - [email protected]
"PASHA Holding" yüksək maaşla çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"SAF Pharma" işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
"Baku Export" işçi axtarır - MAAŞ 700 MANAT + BONUS - VAKANSİYA
"Norm" işçilər axtarır - VAKANSİYALAR
"Mazarina Trade Company" işçilər axtarır - MAAŞ 3000-4000 MANAT - VAKANSİYALAR
"Diamed Co." işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
Azərbaycan şirkəti işçilər axtarır - MAAŞ 1200-1500-1700-2300-2500 MANAT - VAKANSİYALAR
"Access Bank" işçi axtarır - VAKANSİYA
"A-Group sığorta şirlkəti" işçi axtarır - VAKANSİYA
Unicapital" işçi axtarır - VAKANSİYA
"Bank Respublika ASC" işçi axtarır - VAKANSİYA
İş yeri: Bakı şəhəri
İş rejimi: Həftəlik 5 gün / 09:00-18:00
Əmək haqqı: 2 000-3 000 AZN (müsahibə əsasında müəyyən ediləcək)
Öhdəlikləri:
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri
- Bank və kassa əməliyyatları
- Tender üçün sənədlərin hazırlanması
- İnventarizasiya prosesinin həyata keçirilməsi
- Əsas vəsaitlərin uçota alınması və sayımının həyata keçirilməsi
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi
- Hesabatların hazırlanması (ƏDV, ÖMV, əmlak, statistik hesabat, DSMF, mənfəət vergisi hesabatı)
- Uçot üzrə bütün əməliyyatların 1C 8.3. proqramına işlənilməsi
- Vergi, gömrük və digər dövlər orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.
- İş prosesi ilə bağlı rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Vəzifəyə tələblər:
- Təhsil – Ali (mühasibatlıq, maliyyə)
- Sertifikat- Orta və iri sahibkarlıq fəaliyyəti üzrə PMS sertifikatı
- Dil bilikləri: Azərbaycan dili-əla, Rus dili-əla. (İngilis dili bilən namizədlərə üstünlük veriləcəkdir.)
- Təcrübə - 5 ildən çox
- Vergi, gömrük, mülki və digər əlaqəli qanunvericilik sahələri üzrə biliklər.
- Riyazi məntiq, analitik düşünmə və təhliletmə bacarığı
- Detallara diqqət, məsuliyyətlilik, dəqiqlik və etibarlılıq
Müraciət qaydaları:
CV-ni e-mail ünvanına “Baş mühasib” başlığı (tema/subject) ilə göndərirsiniz.
Qeyd: Hər bir müraciətə 2 həftə ərzində baxılır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunur.
Son müraciət tarixi: 15.12.2023