Norm OJSC
Keyfiyyətə nəzarət üzrə mühəndis
Son tarix 17 dek 2023 - [email protected]
"PASHA Holding" yüksək maaşla çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"SAF Pharma" işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
"Baku Export" işçi axtarır - MAAŞ 700 MANAT + BONUS - VAKANSİYA
"Norm" işçilər axtarır - VAKANSİYALAR
"Mazarina Trade Company" işçilər axtarır - MAAŞ 3000-4000 MANAT - VAKANSİYALAR
"Diamed Co." işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
Azərbaycan şirkəti işçilər axtarır - MAAŞ 1200-1500-1700-2300-2500 MANAT - VAKANSİYALAR
"Access Bank" işçi axtarır - VAKANSİYA
"A-Group sığorta şirlkəti" işçi axtarır - VAKANSİYA
Unicapital" işçi axtarır - VAKANSİYA
"Bank Respublika ASC" işçi axtarır - VAKANSİYA
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
Kimya texnologiyası və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi,
Əlaqədar sahə üzrə 1-2 il iş təcrübəsi və ya davamlı olaraq təcrübə proqramlarında iştirak,
Yaxşı səviyyədə ingilis dili biliyi,
Analitik düşüncə,
Effektiv kommunikasiya bacarığı,
MS Office proqramı üzrə bacarıqlar.
Vəzifə və Öhdəliklər:
Gündəlik olaraq sahəyə daşınan xammallardan nümunələrin alınma prosesinə və analizlərin vaxtında olunmasına nəzarət etmək;
Sahəyə daşınan xammalların analizləri əsasında qəbul olunan və imtina olunan miqdarlarla bağlı hesabatlar hazırlamaq;
Cihazlarda aparılan analizlərin düzgünlüyünə nəzarət etmək, illik yoxlanmasını təşkil etmək;
Keyfiyyət standartlarını izləmək və dəyişikliklərlə bağlı birbaşa rəhbərə məlumat vermək;
İstehsal prosesi zamanı nümunə götürülmə sıxlığının və analiz nəticələrinin keyfiyyətə nəzarət planına uyğunluğuna nəzarət etmək;
Məhsulun keyfiyyəti ilə bağlı iclaslardan çıxan qərarların hesabatını hazırlamaq, qərarlarla bağlı fəaliyyətləri həyata keçirmək və digər şöbələrlə paylaşmaq;
Cihazların illik və ya aylıq daxili və xarici kalibrasiyalarının olunmasını təşkil etmək və kalibrasiya sertifikatlarının düzgünlüyünə nəzarət etmək;
Kimyəvi analiz üçün laboratoriyaya təqdim olunan nümunələrin analiz ardıcıllığını planlamaq
APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin hazırlanması, tətbiqi və illik auditlərə hazırlıq;
Laboratoriyanın hər il xarici şirkətlər tərəfindən keçirilən laboratoriyalar arası sınaq forumlarında iştirakını təşkil etmək;
Məhsul keyfiyyətindəki uyğunsuzluqları aşkar edir, səbəbini araşdırır və aradan qaldırılması üçün tədbirlər təklif edir;
Şöbənin iş qrafikinin, məzuniyyət planının hazırlanması;
Şöbədəki işçilərin təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlər keçirilməsi;
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 16.12.23
Vergilər üzrə Baş Mütəxəssis / Mütəxəssis
Son tarix 16 dek 2023 [email protected]
İş yeri: Qaradağda yerləşən zavod ofisi (Müəyyən günləri iş öhdəliklərini şəhər ofisindən və evdən iş rejimində yerinə yetirmək imkanı var)
Tələblər:
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil,
- Vergilərlə bağlı əlaqədar sahə üzrə 4 ildən artıq iş təcrübəsi,
- Azərbaycan və ingilis dillərini peşəsinin tələb etdiyi səviyyədə bilmək,
- MS Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq,
- Analitik düşüncə,
- Effektiv kommunikasiya bacarığı,
- SAP proqramı üzrə biliklər arzuolunandır.
Vəzifə və Öhdəliklər:
- Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
- Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
- Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi;
- Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması;
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması;
- Təxirə salınmış vergilərin hesablanması;
- Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi;
- Vergi uçotu ilə bağlı bütün sənədlərin şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi;
CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Son Müraciət Tarixi: 15.12.23