"Xalq Bank" çoxsaylı İşçilər axtarır - VAKANSİYALAR
"Azprotein Foods Group" ASC işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1000-1500-3000 MANAT- VAKANSİYA
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Aztelekom" işçi axtarır - VAKANSİYA
"Balli Bisi" işçilər axtarır - MAAŞ 600-1500-2500 MANAT - VAKANSİYALAR
"Invest AZ" QSC işçi axtarır - VAKANSİYA
"Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
Azprotein Foods Group
Keyfiyyətə nəzarət şöbə müdiri
Son tarix 03 mar 2023 - [email protected]
Namizədə Tələblər:
- Rəhbər vəzifədə 3-5 il təcrübə.
- Qida təhlükəsizliyi üzrə ali təhsil.
- İSO standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalıdır.
- Qida istehsalı sahəsində təcrübənin olması mütləqdir.
- Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
- İstehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili
- Keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması
- İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək
- Məhsulların keyfiyyətinin artırılması, onların elm və texnikanın müasir inkişaf səviyyəsi, daxili bazarın tələbatları, ixrac tələblərinə və s. uyğunluğunun təmin edilməsi üçün tədbirlərin işlənib hazırlanması
- Müəssisəyə daxil olan materialların (xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar) yoxlanması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması
- İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarəti, hazır məhsulların keyfiyyəti və komplektliliyi, müəssisədə istehsala aid əl alətləri və texnoloji ləvazimatların keyfiyyəti, həmçinin müəssisənin bölmələri və anbarlarda xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar, hazır məhsulların düzgün saxlanmasına nəzarət edilməsi
- Məhsulların keyfiyyətinin artırılması üçün tədbirlərin keçirilməsi, keyfiyyətinin idarə olunması sistemləri, standart və normativlərin məhsulların keyfiyyətini tənzimləyən göstəricilərin, nəzarət əməliyyatlarının avtomatlaşdırılması və mexanizasiyasını nəzərdə tutan daha təkmil nəzarət üsulları, məhsulların nəzarəti pozmayan nöqsansız təhvil verilməsi sistemləri və s. işlənib hazırlanması və tətbiq olunması
- Hazır məhsullar, xammal, materiallar, yarımfabrikatlar, komplektləyici məmulatların keyfiyyəti, texnoloji avadanlıq və alətlərin keyfiyyəti və vəziyyəti, məhsulların istehsalı, saxlanması və daşınması şərtlərinin texnoloji proseslə nəzərdə tutulmayan seçmə üsulla yoxlamalarının aparılması
- Hazır məmulatların sınaqdan keçirilməsi və məhsulların keyfiyyətini təsdiq edən sənədlərin tərtib olunmasına nəzarət, təchizatçıların çatdırılmaların keyfiyyətinə dair tələbləri pozduqda reklamasiyaların hazırlanması, həmçinin məhsulların istehsal prosesinə cari nəzarət üzrə metodika və texnoloji təlimatların vaxtında məsul işçilərə təqdimatı, müəssisədə nəzarət-ölçü vasitələrinin vəziyyəti və onların dövlət yoxlaması üçün vaxtında təqdim olunması, keyfiyyətə nəzarət xidmətlərinin lazımi texniki sənədlərlə təmin edilməsinə nəzarəti edilməsi
- Reklamasiyaların təhlili, istehsal texnologiyalarında nöqsan və pozuntuların yaranması, işlərin keyfiyyətinin pisləşməsi, zay məhsul və aşağı növdə məhsulların buraxılmasının səbəblərinin araşdırılması, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, həmçinin bütün istehsal halqalarının müəyyən olunan tələblərə uyğun məhsulların istehsalına görə məsuliyyətinin artırılması üçün lazımi tədbirlərin görülməsi, keyfiyyətsiz məhsulların qəbulu və yüklənib göndərilməsinin dayandırılması üzrə işlərə rəhbərlik edilməsi.
- Nəzarət əməliyyatlarının nəticələrinin tərtib olunması, məhsullarının keyfiyyət göstəriciləri, zay məhsul və onun səbəblərinin uçotunun aparılması, buraxılan məhsulların, icra olunan işlərin keyfiyyəti barədə dövri hesabatlılığın tərtib olunması
- Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlanması.
Əmək haqqı: 2000 – 3000 manat (təcrübədən asılı olaraq)
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.