"Xalq Bank" çoxsaylı İşçilər axtarır - VAKANSİYALAR
"Azprotein Foods Group" ASC işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1000-1500-3000 MANAT- VAKANSİYA
Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
"PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
"Aztelekom" işçi axtarır - VAKANSİYA
"Balli Bisi" işçilər axtarır - MAAŞ 600-1500-2500 MANAT - VAKANSİYALAR
"Invest AZ" QSC işçi axtarır - VAKANSİYA
"Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Göndərişlər şöbəsinə kiçik mütəxəssis/mütəxəssis
Son tarix 03 mar 2023 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali tibbi təhsil (Rezidentura təhsili üstünlükdür);
- Tibb sahəsində təşkilatı işlər üzrə 1 ildən az olmayaraq ümumi əmək stajı (tibbi sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
- Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
- Xarici dil bilikləri arzuolunandır;
- Ofis proqramları üzrə biliklər;
- İxtisası üzrə sertifikatların olması arzu olunandır.
Görəcəyiniz işlər:
- Müqaviləli özəl tibb müəssisələrinə müayinə və müalicə üçün göndərişlərə Agentliyin vahid elektron informasiya sistemi üzərində nəzarət etmək;
- Müqaviləli özəl tibb müəssisələrinə birbaşa təcili müraciətlərlə bağlı məktublara cavab vermək;
- Dövlət xəstəxanaların göndərişlər üzrə məsul şəxslərlə əlaqə saxlamaq və göndərişlərə aid müvafiq düzəlişlərə nəzarət etmək;
- Digər şöbələrdən müraciətləri araşdırmaq və yaranan mübahisəli məsələləri həll etmək;
- Şöbə müdirindən daxil olan bütün müraciətləri və müvafiq sənədləri qəbul edərək gündəlik iş planına daxil etmək və rəhbəri ilə razılaşdırmaqla müvafiq yazılı və ya şifahi cavab hazırlamaq;
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 31.03.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Strateji təhlil departamentinin rəhbəri
Son tarix 03 mar 2023 [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Görəcəyiniz işlər:
- Departamentin hədəflərini Agentliyin hədəf, strategiya və prioritetlərinə uyğun olaraq, əməkdaşların fərdi hədəflərinin isə departamentin hədəflərinə uyğun olaraq müəyyən edilməsi və həyata keçirilməsinin təşkil edilməsi;
- Agentliyin strategiyasının, uzunmüddətli strateji hədəflərinin və bundan irəli gələn tədbirlərin müəyyən edilməsi, təkliflərin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Departamentin fəaliyyətinin təşkil edilməsi, ona rəhbərlik edilməsi və departamentin işinə görə cavabdehlik;
- Departamentin fəaliyyət istiqamətinə uyğun təhlillərin aparılması və hesabatların hazırlanmasının təmin edilməsinə nəzarət edilməsi;
- İqtisadi, sosial və səhiyyə sahəsində monitorinqin aparılması, informasiya məlumat bazasının formalaşdırılması, məlumatlar əsasında müvafiq göstəricilər üzrə analitik hesabatların hazırlanması, icbari tibbi sığortanın həyata keçirilməsi məqsədilə iqtisadi, sosial və tibbi statistika üzrə təhlillərin həyata keçirilməsinin təşkili;
- Aktuar hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarının müəyyən edilməsi və həmçinin sığorta ehtiyatlarının hesablanmasının təşkili;
- İcbari tibbi sığortanın tətbiqi zamanı bütün mərhələlərdə qarşıya çıxa biləcək risklərin müəyyənləşdirilməsi, təhlil edilməsi və nəzarət mexanizmlərinin tətbiqi üçün təkliflər hazırlanmasının təşkili;
- Strateji satınalma işinin təşkili və buna nəzarət edilməsi;
- Layihələrin uğurlu icrasını təmin etmək üçün resursların və işlərin koordinasiyasının təşkili;
- İcbari tibbi sığortanın və səhiyyədə yeni maliyyələşmə prinsiplərinin tətbiqinin monitorinq və qiymətləndirilməsinin təşkili;
- Departament üzrə müvafiq prosedurların və siyasətlərin hazırlanmasının təşkil edilməsi;
- İdarə Heyətinin strateji inkişaf ilə əlaqədar ona həvalə etdiyi digər vəzifələrin həyata keçirilməsi;
- Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali iqtisadi və ya biznes təhsili;
- 5 il rəhbərlik təcrübəsi, ən azı 3 il strateji planlama, layihələrin idarə edilməsi və ya biznes proseslərin idarə edilməsi sahəsində iş təcrübəsi;
- Qabaqcıl analitik bacarıqlar və problem həll etmək bacarığı;
- Strateji düşünmək bacarığı;
- Qabaqcıl tədqiqat və təqdimat bacarıqları;
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Biznes ehtiyaclarına uyğun olaraq dinamik, uyğunlaşa bilən və çevik yanaşma;
- Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv;
- Stressə davamlılıq;
- PMP, CFA üzrə sertifikatlar və diplomların olması (arzu olunandır);
- Microsoft Office (Outlook, MS Excel, Power Point, Power BI) proqram bilikləri - əla səviyyədə;
- Azərbaycan və ingilis dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi 31.03.2023-cü il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.