Bu şirkətlər işçi yığır: əmək haqqı 400-500-600-700-800-1000-1200-1300-1500 manat - 28 VAKANSİYA
"Azərbaycan Sənaye Korporasiyası" dövlət şirkəti işçi axtarır - MAAŞ 1440 MANAT - VAKANSİYA
Dövlət qurumu işçi axtarır - MAAŞ 2500 MANAT - VAKANSİYA
"VTB Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
"Bakcell" işçi axtarır - VAKANSİYA
"AZAL" işçilər axtarır - VAKANSİYALAR
"PASHA Holding" işçilər axtarır - VAKANSİYALAR
"Azərpoçt" işçilər axtarır - VAKANSİYALAR
"Prior Leasing" işçilər axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYALAR
"ARIS" işçi axtarır - MAAŞ 1300-2300 MANAT - VAKANSİYA
"Gravity Inc" işçilər axtarır - MAAŞ 900-1500-1600 MANAT - VAKANSİYALAR
Azərbaycan Sənaye Korporasiyası
Maliyyə planlaması və təhlil şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 10 mar 2023 - [email protected]
İş qrafiki: 09:00-18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
Əmək haqqı – 1440.00 manat
Funksional vəzifələr:
- Müəssisənin illik büdcə planının, rüblük proqnozlarının və müvafiq balans, mənfəət və zərər, pul hərəkəti hesabatlarının hazırlanması
 - Pul vəsaitləri üzrə büdcənin tərtib edilməsi, şirkətin üzləşə biləcəyi pul defisiti ilə bağlı maliyyələşmə mənbələrinin müəyyən edilməsi
 - Müvafiq struktur bölmələrin və törəmə müəssisələrin büdcə planlamasında iştirakı və koordinasiyanı təmin edilməsi
 - Təqdim edilmiş büdcə və proqnozların təhlili
 - Büdcənin icrasına mütəmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların rəhbərliyə təqdim edilməsi
 - Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi və büdcəyə düzəlişlərin həyata keçirilməsi
 - Büdcə xərclərinin səmərəliliyinin təhlilinin aparılması və səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi
 - Büdcə gəlirlərinin artırılması üzrə mənbələrin aidiyyəti struktur bölmələrlə müzakirə edilməsi
 - Müəssisədə tətbiq edilən bütün təlimatlara, qaydalara və sair prosedur və tələblərə riayət
 - Şöbənin vəzifələrinə aid edilmiş məsələlər üzrə digər işlər
 
Namizədə dair tələblər:
- Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzu olunandır);
 - Maliyyə planlaması, büdcə, maliyyə nəzarəti, audit və ya mühasibat sahəsi üzrə 2 il iş təcrübəsi;
 - Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək;
 - Yüksək səviyyədə Azərbaycan dili biliyi;
 - Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzu olunandır);
 - Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
 - ERP sistemləri ilə (1C 8.3 versiyası) üzrə bilik və işlətmə bacarığı;
 - Statistik və riyazi biliklər;
 - Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
 - Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
 - ACCA, CFA, FMVA, CIMA, CPA və ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzu olunandır;
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Maliyyə Departamentinin Maliyyə planlaması və təhlili şöbəsinin aparıcı mütəxəssisi ” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







