VAKANSİYA 1
GerLift Group LLC
“ We are strong together”
Satış meneceri
İş barədə məlumat
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Əmək haqqı: 900-1000 AZN (Satış həcmindən yüksək bonus);
• İş qrafiki: 09:00 - 18:00;
• İstirahət günü - Bazar günü
Namizədə tələblər
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili biliyi arzuolunandır;
• Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi;
• İnşaat avadanlıqları, lift və avtomatik qapıların satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
• Mc. Office proqramlarını yaxşı şəkildə bilmək ;
• Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı;
• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti ;
• Müştərilərə malı təqdim etmək bacarığı;
• Müştəri portfelinin olması;
• Satış işinin qurulması bacarığı;
• Məsuliyyət,dinamiklik;
• Sürücülük vəsiqəsinin olması;
• Şəxsi avtomobilin olması;
• Yaş həddi : 25-35
Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində satış meneceri yazmaqla göndərmələri xahiş olunur.
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
"PASHA Holding" işçi axtarır - VAKANSİYA
VAKANSİYA 2
Superfon
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, fəaliyyət sektorunun lideri olan bir şirkətdə öz karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə: Baş Mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Sahə üzrə min. 5 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyə)
Yaş həddi: 28 və ya üzəri
Vəzifə öhdəlikləri:
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
- Vergi (ƏDV, ÖMV, Mənfəət, Sadələşdirilmiş, Gəlir, Əmlak), DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
- Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
- Əmək haqqı hesablanmasına nəzarət etmək, onun yoxlanılmasını və ödənişlərini icra etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
- Təhtəlhesab, balans, avans hesabatının aparılmasını tərtib edilməsi;
- Debitor və kreditor borclara nəzarət;
- Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət;
- Ciddi hesabat blanklarının fasiləsiz tətbiqinə nəzarət;
- Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar.
Tələblər:
- Mühasibat uçotunun milli və beynəlxalq standartları üzrə biliklər;
- Vergi Məcəlləsi üzrə biliklər;
- MS Office (xüsusilə Excel);
- 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmək bacarığı;
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
- Hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 6 günlük iş qrafiki;
- Korporativ mobil nömrə.
Əmək haqqı: Bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 11.06.2021-ci il.
"Azersun Holding" işçilər axtarır - 11 VAKANSİYA
VAKANSİYA 3
Performance Center Co
“Performance Center Co” MMC vakansiya elan edir:
Vəzifə: Satış üzrə kiçik inzibatçı
Tələblər:
• Ali təhsil
• Cins: Qadın
• Yaş: 21-30
• Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dilləri orta səviyyədə;
• Kompüter və ofis texnikasından istifadə etmə bacarığı
• Kollektivdə mehriban, intizamlı və işinə qarşı məsuliyyətli olmaq
İş haqqında məlumat:
• Avtomobil radarları ilə bağlı dövlət qurumlarının məktublarını cavablandırmaq;
• Şirkətin satış bazasını, satış müqavilələrini tənzimləmək;
• Yeni gələn avtomobillərin qeydiyyatı
• Rəhbərliyin verdiyi tapşırıqları dəqiq və vaxtında yerinə yetirməli
• Həftədə 6 iş günü, istirahət günü – 1 gün. İş saatı 09:00-18:00
• Əmək haqqı: 400 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Satış üzrə kiçik inzibatçı” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu şirkətlər işçi yığır: əmək haqqı 300 - 1800 manat - 24 VAKANSİYA
VAKANSİYA 4
Qscepter
Qscepter is looking for a business development manager to join our business Development Outreach and Sales Goals. The candidate will have managed multiple client accounts and come up with new Marketing/sales ideas. This includes new marketing and sales strategies, sales pitches, and business plans in the Azerbaijani Market. Candidate should have extensive knowledge in the following areas of work, Lead Generation, Cold calling, New Business Development, IT Solutions, IT Staffing, Outsourced Application Development, Offshore IT Services, Managed Services, IT Outsourcing, Professional Services, Consulting and Digital Sales Practices, Hunter Mindset, Sales Plans and Approaches and Communication skills.
In this role, you'll be responsible for:
- As a BDM, you'll establish new relationships with prospective clients to achieve maximum revenue possible.
- Selling IT solutions and services to inactive clients & potential prospects.
- Developing new business through cold-calling, networking.
- Following up on leads generated by lead campaigns, trade shows and inbound telephone and website leads.
- Attaining established goals set by self and direct manager.
- Must have basic technical knowledge of Software Applications and other IT solutions.
- 5+ years as a Business Development Executive in IT.
- Multiple years of experience selling IT solutions.
- Preferred experience of selling Enterprise Application Development, Legacy Application Modernization, Product Development, Digital Transformation,
- Cloud and Mobility, QA and DevOps, Security, Business Process Automation, SaaS Applications
- Making strategies to push Vendor solutions to existing and new customers.
- Thought Leadership and Assessments, IT Consulting and Staffing Services.
- Domain experience in Engineering, Oil & Gas, Healthcare, Manufacturing, Supply Chain, Logistics, BFSI, Governmental Sectors.
- Lead generation and technical sales experience are a must.
- Extensive contract negotiation experience.
- Proven experience developing sales strategies, conducting cold calls, closing techniques, and pricing proposals.
- Must have a technical sales background and competencies
- Must have a track record for an increasing growth of responsibilities
Job Responsibilities:
- Develop sales plans/approaches.
- Identify prospects and develop sales strategies to secure new business, which includes sales calls, competitive analysis, marketing campaigns, attending trade shows, and follow-up activity coordinated within that plan/approach.
- Conduct prospecting in active and inactive account sales calls, both independently and joint with business development managers.
- Facilitate the effective presentation of our Business Solutions offerings in order to broaden our penetration into new and existing customers.
- Meet regularly with management to review/coordinate sales efforts to ensure continued focus and success in meeting and exceeding sales activity and revenue targets.
- Collaborate with internal SMEs to identify, qualify and prioritize consulting opportunities.
- Work closely with customers to understand their requirements, map those to company’s service offerings, and propose differentiated solutions.
- Build new and leverage existing relationships at new and existing clients across relevant roles including CIO, CTO, VPs and other influential “mobilizers” within target customer companies.
- Build sales funnel by actively hunting within existing clients and new prospects.
- Responsible for identifying, prospecting and securing business opportunities to support new revenue growth.
- Develop and implement sales strategies for new account prospects, focusing primarily on higher margin prospects and new business.
Interested Candidates can send Resume/CV to [email protected]
Candidates must attach the following profile information in Email: Linkedin, failure to which the candidates application will be rejected.
About Qscepter:
Envisioned by Technology entrepreneurs, Qscepter is a Azerbaijani IT Solutions provider in Baku since 2017, with a promise of delivering innovative solutions to complex problems.Ranging from Infrastructure, Artificial Intelligence, Machine Learning and Digital Product Development, Business Process Automation & IT Consulting for clients. Qscepter focuses on customized solutions approach which aims at minimizing cost and maximize efficiency.
"Bazarstore" işçilər axtarır - ÇOXSAYLI VAKANSİYALAR
VAKANSİYA 5
Optimal Electronics LLC
"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
Vakansiya: Monitorinq üzrə mütəxəssis
Tələblər:
• İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
• 2 il monitorinq, kredit sahəsində təcrübəsi olmalıdır;
• Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
• MS Office proqramlarını (xüsusi ilə də MS Excel) yaxşı səviyyədə bilməlidir;
• Azərbaycan, rus dillərini yaxşı səviyyədə bilməlidir;
• Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
• Operativ təhliletmə qabiliyyətinə sahib olmalıdır;
• Ölkədaxili ezamiyyətlərə getmək imkanı olmalıdır;
• İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
Vəzifələri:
• Monitorinq sənədlərini tərtib etmək;
• Mövcud müştərilərin maliyyə vəziyətini və nəzərdə tutulmuş şəkildə satış və krediti prosesini vaxtaşırı monitorinq etmək;
• Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
• Yeni layihələri təhlil etmək və proqnozlar hazırlanmasında iştirak etmək;
• Monitorinq nəticəsində asılı olaraq hesabatların hazırlanması və s.
İş şəraiti:
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər: https://jobs.talhunt.az/optimal/488-monitorinq+uzre+mutexessis
Bu şirkətlər işçi yığır: əmək haqqı 400 - 4000 manat - 30 VAKANSİYA
VAKANSİYA 6
Sinteks Group of Companies
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Mağaza Meneceri tələb olunur.
Vəzifənin rolu
Bu vəzifənin rolu mağazada satış və satınalma proseslərini təşkil etməkdir.
Vəzifə öhdəlikləri
• Satış və Mal Qalıların əsasında baş anbardan sifarişi formalaşdırmaq
• Satışların təşkili üçün nəzərdə tutulan qeyri-kommersiya mallarını sifariş etmək
• Satış təmsilçilərinə aylıq satış hədəflərini təyin etmək
• Satış hədəfi tələblərini yerinə yetirmək
• Mağaza işçilərini işə götürmək
• İşçi heyətinin müvafiq - “Satış Üsulları” “Müştəri Xidmətləri” təlimlərini vermək
• Yeni kolleksiyalar haqda mağaza heyətini tanış etmək
• Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil etmək
• Mağazalarda müştəri xidmətini tələblərinə riyaət etmək
• İşçilərin iş qrafiklərini hazırlamaq və davamiyyəti müvafiq olaraq idarə etmək
• İş prosedurlarına uyğun olaraq gündəlik işləri təşkil etmək
• Şirkətin əmlakının qorunub saxlanılmasını təmin etmək və talan edildiyi təqdirdə rəhbərinə məlumat vermək
• Mağazadakı nasazlıqları aşkar etmək və qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görmək
• Mağazadakı intizam qaydalarına riayət etmək və intizam pozuntuları barədə rəhbərliyi məlumatlandırmaq
Əsas tələblər
Təhsil:
• Ali təhsil
Təcrübə:
• Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
• İdarəetmə sahəsində təcrübə arzuolunandır
Professional biliklər:
• Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
Professional bacarıq və kompetensiyalar:
• İdarəetmə bacarığı
• Liderlik
• Təşkilatçılıq
• Satış bacarıqları
• Müsahibə aparmaq bacarığı
• Təlim keçmə bacarığı
• Ünsiyyət bacarıqları
• Zamanın idarəolunması
• Problem həll etmə
• Stressə davamlılıq
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Группа компаний «Синтекс», основанная в 1996 году, является одной из крупнейших и успешных компаний в розничной торговли на Кавказе и в Центральной Азии. «Синтекс» управляет более чем 100 магазинами одежды, ювелирных изделий, парфюмерии и косметики, домашней утвари и более 10 филиалами. Компания представляет ведущие мировые бренды в сегментах люкс, премиум и масс-маркет.
В настоящее время, мы в поисках Менеджера Магазина желающего присоединиться к группе компаний «Синтекс».
Роль позиции:
Роль данной позиции - организовать процессы продаж и закупок в магазине.
Обязанности на работе:
• Формирование заказа с основного склада на основании Продажи и Товаров.
• Заказ некоммерческих товаров на продажу
• Устанавливать ежемесячные цели продаж для торговых представителей.
• Соответствовать требованиям по продажам.
• Нанимать сотрудников магазина
• Обеспечивать соответствующее обучения персонала - «Методы продаж» и «Обслуживание клиентов».
• Ознакамливать сотрудников магазина с новыми коллекциями
• Организовывать выставки товаров в соответствии со стандартами бренда.
• Соблюдать требования по обслуживанию клиентов в магазинах.
• Подготавливать графики работы сотрудников и соответствующим образом управлять посещаемостью
• Организовать повседневную деятельность в соответствии с рабочими процедурами.
• Обеспечивать сохранности имущества компании и информирование менеджера в случае грабежа.
• Выявить неисправности в магазине и применять меры для их скорейшего устранения.
• Соблюдать правила дисциплины в магазине и информировать руководство о дисциплинарных нарушениях.
Основные требования:
Опыт работы:
• Не менее 4 лет соответствующего опыта продаж
• Желателен опыт управления.
Образование:
• Высшее образование
Профессиональные знания:
• Азербайджанский и русский языки в совершенстве, английский средний
Профессиональные навыки и компетенции:
• Управленческие навыки
• Лидерство
• Организация
• Навыки продаж
• Умение проводить интервью
• Тренировочные навыки
• Навыки коммуникации
• Управление временем
• Решение проблем
• Устойчивость к стрессу
• Целенаправленность
Заинтересованные кандидаты могут отправить свое резюме на [email protected], указав название позиции «Менеджер Магазина» как тему.
"AccessBank" işçilər axtarır - VAKANSİYALAR
VAKANSİYA 7
NOVCO Group of Companies
Novco Şirkətlər Qrupu 1994-cü ildən fəaliyyətə başlayaraq Azərbaycanda Fashion Retail sahəsində nüfuzu ilə seçilən ilk şirkətlərdən biridir. Şirkət özündə Liu JO, Coccinelle, Tommy Hilfiger, Bebe, Adidas, Monnalisa, Calvin Klein, Pablosky, Monsoon, Accessorize, United Colors of Benetton, Sisley, OVS kimi dünyanın tanınmış brendlərini birləşdirir.
Şirkət: NOVCO MMC
Vəzifə: Satış təmsilçisi
Vəzifə öhdəlikləri
- Müştəriləri gülərüz qarşılamaq
- Mövcud kolleksiya haqında dolğun məlumat vermək
- Satış texnikası və müştəri məmnuniyyəti standartlarına riayət etməklə satışı həyata keçirmək.
Tələblər
- Geyim mağazalarında iş təcrübəsi
- Satış texnikası
- Ünsiyyətcil
- Kollektivdə işləmə qabiliyyəti
- Rus dili biliyi
Əmək şəraiti
- Ödənişli məzuniyyət (ildə 21 gün )
- Yemək pulu ödənilir
- İki növbəli iş qrafiki
- Əmək kitabçası, sosial sığorta kartı ilə təmin olunur
Vakansiyaya uyğun olan namizədlər CV-lərini [email protected] ünvanına mövzuda Satış təmsilçisi yazaraq göndərə bilərlər.
"Yelo Bank" işçilər axtarır - VAKANSİYALAR
VAKANSİYA 8
166 Yükdaşıma və Logistika
Maliyyə direktoru
Vəzifə öhdəlikləri:
• Maliyyə rəhbəri vəzifələrinə proqnozlaşdırma modellərinin yaradılması, bütün vergi və mühasibat uçotu işlərinin qaydalara uyğunlaşdırılması;
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin həyata keçirilməsi və prosesə nəzarət edilməsi;
• Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin uçotunun hazırlanması;
• Xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilinin həyata keçirilməsi və prosesə nəzarət edilməsi;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin, əmək haqqının ödənilməsi hesablarının, dövlət büdcəsinə məcburi ödəmələrin, dövlət sosial sığorta fonduna ayırmaların və digər ayırmaların tərtib edilməsi və nəzarətinin həyata keçirilməsi;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, həmçinin əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
• Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edilməsi;
• Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
• Vergi orqanları ilə görüşlərdə iştirak edilməsi və yazışmaların həyata keçirilməsi;
• Şirkətin illik maliyyə büdcəsinin təşkil edilməsi;
• Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və onların icrasına nəzarət edilməsi;
• Mühasibat və maliyyə hesabatlarının təhlil edilməsi və nəticələr barədə rəhbərliyə məlumatların təqdim edilməsi.
Tələblər:
• Ali iqtisadi təhsil;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
• ACCA, CIMA və IFRS üzrə biliklərin olması üstünlükdür;
• Maliyyə rəhbəri kimi 2-3 illik iş təcrübəsi;
• Büdcə və risklərin idarə olunması ilə bağlı təcrübə;
• Liderlik qabiliyyəti;
• Nağd pul axınının idarə edilməsi, bankların uyğunlaşdırılması və mühasibat uçotu barədə dərindən məlumat;
• Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür.
İş haqqında məlumat:
• İş yeri: Səbail ray., Z.Əliyeva küç., 55, Yeni Həyat Plaza;
• İş saatı: 09:00-18:00;
• Əmək haqqı: 1500-2500 AZN.
Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=105
Bu şirkətlər işçi yığır: əmək haqqı 1300 - 1800 manat - 12 VAKANSİYA
VAKANSİYA 9
Aloe
Şirkət: ALOE
Vəzifə: Korporativ bisnes təlimçi və metodoloq
ALOE - sağlamlıq, gözəllik və gigiyena üçün geniş çeşidli məhsullar təqdim edən milli innovativ apteklər şəbəkəsidir. ALOE sağlam həyat tərzi üzrə Sizin etibarlı ailə məsləhətçinizdir
Kimləri axtarırıq:
• Yüksək keyfiyyətli korporativ təlim proqramlarının əhəmiyyətini anlayan;
• Yetkinlərin öyrətmə metodikasını anlayan və tətbiq edən;
• Təlim proqramlarının aparılması və yaradılması sahəsində 2 illik təcrübəyə sahib olan;
• Peşəkar təlimdən zövq alan;
• Korporativ təhsildə 2 ildən çox təcrübəyə malik olan bir əməkdaşı.
Qarşıda nə gözlənilir:
• Korporativ təhsil proqramlarının dizaynı;
• Daxili təlim və modul proqramlarının həyata keçirilməsi;
• Təlim proqramlarının qiymətlindirilmə sisteminin idarə edilməsi;
• Startup rejimində çalışma, komanda ilə birlikdə korporativ təlim sisteminin tətbiqi;
• Aloe apteklər şəbəkəsi üçün təlim ehtiyaclarının araşdırılması və təhlili, xarici təlimlərin həyata keçirilməsi.
Sizə nə təklif edirik:
• Aloe aptek şəbəkəsinin iddialı komandasının üzvü olmaq və peşəkarlarla işləməsi;
• Cəsarətli öyrənmə məqsədlərinizi həyata keçirilməsini;
• Layiqli əmək haqqı.
Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına 15 iyun 2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Korporativ bisnes təlimçi və metodoloq” yazmaq tələb olunur.
Company: ALOE
Position title: Corporate Business Trainer and Methodologist
ALOE is a national network of innovative pharmacies that offers a wide range of products for health, beauty and hygiene. ALOE is your trusted family health advisor.
Who we are looking for a colleague, who:
• Understands the importance of high quality corporate learning programs;
• Understands and uses adult learning methodology;
• Is experienced in creation and organization of learning programs;
• Enjoys coaching, training practice;
• Has more than 2 years of experience in corporate learning and training.
What awaits:
• Design of corporate learning programs;
• Organization of internal trainings and module programs;
• Management of training evaluation system;
• Work in startup mode, implementing corporate learning system together with a team;
• Management of staff training needs and organization of external learning system.
What we offer:
• Working with ambitious team of Aloe pharmacies chain;
• Realization your bold learning goals;
• Worthy salary.
Please send your CV to [email protected] email address mentioning “Corporate Business Trainer and Methodologist” in the subject line. Deadline: 15th of June 2021.
Компания: ALOE
Position title: Корпоративный бизнес тренер и методолог
ALOE – национальная сеть аптек инновационного формата, которая предлагает широкий ассортимент товаров для здоровья, красоты и гигиены. ALOE – ваш доверенный консультант по здоровому образу жизни для всей семьи.
Мы ищем коллегу, который:
• Понимает значимость качественных корпоративных программ обучения;
• Понимает и практикует методологию обучения взрослых;
• Имеет 2 летний опыт проведения и создания программ обучения;
• Получает профессиональное удовольствие от тренерства;
• Имеет опыт работы с корпоративным обучением более 2 лет.
Предстоящая роль:
• Проектировать корпоративные программы обучения;
• Проводить внутренние тренинги и модульные программы;
• Управлять системой оценок обучающих программ;
• Работать в режиме стартапа, внедрять систему корпоративного обучения, вместе с командой;
• Выявлять и анализировать потребности в обучении для сети, организовывать внешнее обучение.
Что мы вам предлагаем:
• Быть частью амбициозной команды сети аптек Aloe и ааботать с экспертами;
• Реализовать свои смелые цели по направлению обучения;
• Достойную оплату труда
Пожалуйста, отправьте свое резюме на адрес электронной почты [email protected], указав в теме письма «Корпоративный бизнес тренер и методолог». Срок сдачи: 15 июня 2021 г.
"Avromed Company" işçi axtarır - VAKANSİYA
VAKANSİYA 10
Real Estate Management
Təmizlik üzrə nəzarətçi (Housekeeping Manager)
İş haqqında məlumat:
- Tabeciliyində olan ərazilərin təmizlik işini təşkil etmək.
- Təmizlik işlərinin vaxtında və keyfiyyətli görülməsini təmin etmək.
- İş bölgüsünün təmizlik işçiləri arasında düzgün bölgüsünü təşkil etmək.
- Təmizlik işinin gündəlik,həftəlik və aylıq qrafikinə uyğun aparılmasına nəzarət etmək.
- Kimyəvi maddələrin düzgün istifadəsinə nəzarət etmək.
- Şirkətə məxsus avadanlıq və maşınların düzgün istəfadəsinə nəzarət etmək.
- İşçi personalının təhlükəsizliyini təmin etmək.
- Təmizlik işi gördüyü ərazinin rəhbərliyi ilə daimi olaraq əlaqəda olmaq.
- Təyin olunmuş toplantı, təlimlər və görüşlərdə iştirak etmək.
- Stoklara nəzarət etdiyinə görə, tələbat malları bitməmiş bu barədə satın alma managerinə məlumat verir və əksik olan mallar alınıb yerinə qoyulmasına məsuliyyət daşıyır
Əsas tələblər:
- Ən azı 3 il həmin sahədə təcrübə
- Yüksək təşkilatçılıq və nəzarət etmə bacarıqları
- Texniki təmizlik üzrə xərclərin aylıq və illik hesbatının hazırlanması;
- İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
- Analitik düşüncə və analiz qabiliyyətinin olması.
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Təmizlik üzrə Nəzarətçi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
"Bravo" işçilər axtarır - VAKANSİYALAR
VAKANSİYA 11
CRM Trade
Mühasib
Şəhər : Bakı
Mobil : +994554447220
e-Mail : [email protected]
Əmək haqqı : 500 AZN
İş barədə məlumat:
- Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatların icrası;
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- İşçilərin rəsmləşdirilməsi, əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması
Tələblər:
- Təhsil : Orta
- İş təcrübəsi : 1 ildən yuxarı
- Dil bilikləri: Azərbaycan və Rus dili əla səviyyədə;
- Vergi və Əmək Məcəlləsi üzrə biliklər;
- 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək bacarığı
- E-gov.az, e-taxes.gov.az və digər portallarda işləmək bacarığı;
- İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı.
Cv-lərə yalnız e-mail vasitəsi ilə baxılır. Zəng və yaxud "Whatsapp" ilə baxılmır.
QEYD: mövzu yerində vakansiyanın adı qeyd olunmayan və şəkilsiz müraciətlərə baxılmayacaq.
VAKANSİYA 12
Homme
Homme mağazasına hal hazırda Satış Təmsilçisi tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu malların satışını bilavasitə həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir.
Vəzifə öhdəlikləri:
• Şirkət tərəfindən müəyyən edilmiş planı və yüksək satış səviyyəsini təmin etmək
• Satış zamanı şirkətin müştəri xidmətləri standartına uyğun xidmət göstərmək
• İş əsnasında şirkətin peşəkar satış texnikasını effektiv şəkildə istifadə etmək
• “Dəst” satışlarının ideya və spesifik xüsusiyyətlərini tətbiq etmək
• İş gününü planlaşdırmaq və müştərilərlə iş sxemini tərtib etmək.
• Müştəri bazasının inkişaf və keyfiyyət dinamikasına köməklik göstərmək.
• Mağazada və anbarda malların mövcudluğuna, çeşidlərinə və ölçülərinə dair məlumatları bilmək
• Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət etmək.
• Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, talama təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq.
Əsas tələblər:
Təhsil:
• Ali təhsil arzuolunandır
Təcrübə:
• Pərakəndə satış sahəsində ən az 1 il iş təcrübəsi(ev əşyaları satışında təcrübə arzuolunandır)
Professional biliklər:
• Azərbaycan və Rus dilləri mükəmməl
• Mağazada təqdim olunan məhsullar barədə məlumat
Professional bacarıqlar və kompetensiyalar:
• Ünsiyyət bacarıqları
• Satış bacarıqları
• Stressə davamlılıq
• Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mailına, mövzu hissəsində “Satış Təmsilçisi” qeyd edib göndərilməsi xahiş olunur.
В настоящее время в магазин Homme требуется Торговый Представитель.
Роль:
Роль данной задачи - осуществление продаж товаров и развитие клиентской базы.
Обязанности на работе:
• Выполнение плана продаж, установленного компанией
• Предоставление услуг в соответствии со стандартом компании по обслуживания клиентов компании
• Эффективное использование профессиональных методов продаж компании во время работы.
• Применение специфических особенностей и идей продаж комплектов
• Планирование рабочего дня и разработка плана работы с клиентами
• Создание и развитие клиентской базы
• Знание ассортимента, товаров в магазине и на складе
• Соблюдение правил дисциплины компании и графика работы торгового зала
• Обеспечение сохранности имущества компании, информирование непосредственного руководителя об угрозе грабежа.
Основные требования:
Опыт работы:
• Опыт работы в розничной торговле не менее 1 года (желателен опыт в продажах домашней утвари)
Квалификация / Образование:
• Высшее образование приветствуется
Профессиональные знания:
• Свободное владение русским и азербайджанским языком
• Информация о товарах, предлагаемых в магазине
Профессиональные навыки и компетенции:
• Коммуникабельность
• Навыки продаж
• Стрессоустойчивость
• Ответственность
Заинтересованные кандидаты могут отправить свое резюме на [email protected], указав название позиции «Торговый представитель» как тему.
VAKANSİYA 13
Xalq Həyat Sığorta
“Xalq Həyat” Sığorta Şirkəti ASC
Vəzifə: Əməliyyat və təkrarsığorta idarəsinin Əməliyyat şöbəsinə kiçik mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.
Öhdəliklər:
• Cari sorğular üzrə müqavilələrin və digər sənədlərin hazırlanmasında və dəqiqliklə yoxlanılmasında iştirak;
• Sənədlərin və müqavilə nüsxələrinin arxivləşdirilməsi;
• Məlumat bazasına məlumat daxil etməklə müqavilələr üzrə məlumatların işlənilməsi;
• Şöbənin proseslərinə aid sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi və nəzərət edilməsi;
• Şöbədə aparılan işlər üzrə hesabatların hazırlanması;
• Birbaşa müdirin göstərişinə əsasən digər vəzifələrin həyata keçirilməsi.
Tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst, rus və ingilis dilində yaxşı səviyyədə danışıq qabiliyyəti;
• Microsoft Office proqram təminatı üzrə yüksək səviyyədə işləmək bacarığı;
Fərdi keyfiyyət tələbləri:
Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.
Qeyd: CV-lər azərbaycan dilində, “Xalq Həyat” Sığorta Şirkətinin saytında yerləşdirilmiş CV formasını doldurmaqla göndərilməlidir.
Əks halda Tələblərə uyğun olmayan və mail-da mövzu qismində “Əməliyyat və təkrarsığorta idarəsinin Əməliyyat şöbəsinə kiçik mütəxəssis” qeyd olunmayan "CV"-lərə baxılmayacaq.
Əlaqə vasitəsi:
E - mail: [email protected]