VAKANSİYA 1
Konsaltinq və İnvestisiya sahəsində fəaliyyət göstərən “NOVO Group” MMC namizədləri “Baş mühasib” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
ÖHDƏLİKLƏR:
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və reyestrlərdə düzgün əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət etmək;
• Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarını (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edib aidiyyatı üzrə təqdimatını təmin etmək;
• Daxil olan və çıxan pul (valyuta) vəsaitlərinin, xammal, material və malların (hazır məhsulun) uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının uçotunu, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
• Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilməsini, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunu düzgün təşkil və nəzarət etmək;
• Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzarət etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işləmək;
• Uçot sənədlərinin arxivləşdirilməsini təmin etmək;
• İllik mənfəət vergisi bəyannaməsini hazırlayıb təqdim etmək;
• İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
• Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təklifləri irəli sürmək.
TƏLƏBLƏR:
• Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarını, Vergi, Sosial sığorta və Əmək qanunvericiliyini bilməli, eləcə də, qanunvericilikdə aparılan dəyişmələri mütəmadi olaraq yaxından izləmə qabiliyyətinə malik olmalı;
• Avtomatlaşdırılmış proqram təminatında (hər hansı bir növündə) işləmək və nəzarət etmək bacarığına malik olmalı;
• MS Excel proqramını yüksək səviyyədə bilməli;
• Baş mühasib sahəsində 5-7 illik təcrübə;
• Təhsil - bakalavr dərəcəsi;
• Təşəbbüskarlıq, özünü sübutetmə bacarığı;
• Nəticəyönümlülük və punktuallıq;
• Effektiv ünsiyyət.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
VAKANSİYA 2
“PAŞA Sığorta” ASC “Müştəri Məmnuniyyəti Xidməti üzrə mütəxəssis” vakansiyası elan edir.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
• Müştəri müraciətlərinin araşdırılması
• Müştəri sorğularının keçirilməsi
• Telefon Mərkəzləri və Ön Masa dəyərləndirməsinin keçirilməsi
• Müştəri müraciətləri ilə bağlı rəhbərliyə təqdim edilən hesabatların hazırlanması
• Müştərilərdən daxil olan məktubların araşdırılması və yazılması
• Satış ssenari və Xidmət keyfiyyət meyarları əsasında danışıq keyfiyyətinin dəyərləndirilməsi
• Dəyərləndirilmiş müraciətlərin müvafiq şəxslərə təqdim edilməsi
• Xidmət keyfiyyət meyarlarının yenilənməsi, önəm dəyərinin dəyişdirilməsi, daimi olaraq günün tələblərinə cavab verməsinə nəzarət
• Kritik və qeyri-kritik səhvlərin təyin olunması, Dəyərləndirmə formunun yenilənməsi
• Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması
BİLİKLƏR
• Ali təhsil
• Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq, Azərbaycan dilində mükəmməl yazı bacarıqları (Orta səviyyədə İngilis dili arzuolunandır)
• MS Office, Outlook, Excel proqramlarında işləmək bacarığı
TƏCRÜBƏ
• Müştərilərlə iş sahəsində (telefon vasitəsilə və üzbəüz) minimum 3 il iş təcrübəsi
• Şikayətlərin idarə edilməsi sahəsində minimum 1 il iş təcrübəsi
• Sığorta sahəsində minimum 1 il iş təcrübəsi
BACARIQLAR
• Səlis nitq, fikri aydın izah etmə bacarığı
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
• Analitik düşünmə qabiliyyəti
• Stressə davamlılıq
• Komandada işləmək bacarığı
• Problem həll etmək bacarığı
• Nəticə yönümlülük
• Keyfiyyət yaratmaq bacarığı
Son müraciət tarixi: 05 İyun 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
VAKANSİYA 3
SR Group Co MMC
Vakansiya: Maliyyə və vergi hesabatları üzrə mütəxəssis
Tələblər:
• Maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• Müvafiq sahədə 5 ildən az olmayaraq iş təcrübəsi;
• Elektron Hökumət Portalı ilə və o cümlədən əsas olaraq elektron vergi portalı, gömrük portalı və s. ilə işləmək bacarığına malik olmaq;
• Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta Haqqında Qanun, Mülki Məcəllənin və digər iqtisadiyyatı tənzimləyən normativ-hüquqi aktların mühasiblər üçün gərəkli olan müddəaları və maddələri haqqında informasiyalara, biliklərə və axtarış vərdişlərinə malik olmaq;
• Azərbaycan dilini mükəmməl, rus dilini yaxşı bilmək (ingilis dili biliyi əlavə üstünlükdür);
• Komandada işləmə bacarığı, gərginliyə davamlılıq, analitik düşüncə və təhlil bacarığı, detallara yüksək diqqət
Vəzifələr:
• Vergi bəyannamələrinin və statistik hesabatların tərtib edilməsi, təqdim edilməsi və əlaqədar dövlət qurumları qarşısında müdafiə edilməsi;
• Şirkətin adi fəaliyyəti zamanı vergi uçotu ilə maliyyə uçotu arasında yaranacaq müvəqqəti və daimi fərqləri uçotda əks etdirmək, təqib etmək və müqayisə etmək;
• Vergi uçotunun aparılması məqsədi ilə informasiyaların emal edilməsində müasir texnoloji vasitələrdən, o cümlədən exceldən və digər xüsusi proqram təminatlarından (1C proqram təminatının son versiyalarına üstünlük verilir) istifadə etmək.
• Aylıq rəhbərlik hesabatların hazırlanması və təhlillərin aparılması, müxtəlif maliyyə təhlillərin aparılması;
Bizim kollektivimizə qoşulmaq istəyirsinizsə,öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
VAKANSİYA 4
Odontos LTD
Odontos şirkəti “Satış nümayəndəsi” vakansiyası elan edir.
Namizədə verilən tələblər
- Təhsil - Ali
- Yaş - 25-35
- Yalnız kişi namizədlər
- Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir)
- Xoş və səliqəli zahiri görünüş
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- Səbrli və nəzakətli
- İşgüzar və hədəf yönlü
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Kollektiv ilə işləmə bacarığı
İş barəsində məlumat :
- Şirkət məhsullarının satışının təşkili ;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək ;
- Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi ;
- Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi ;
- Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı.
- Şəxsi avtomobilinin olması vacibdir.
- Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək
- İş saatı - 09.00 - 18.00 (6 gün)
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış nümayəndəsi” qeyd edərək öz CV-lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 5
MODYS MMC
MODYS MMC şirkətinə Materials Manager vakansiyası açıq elan olunur.
Tələblər:
- Geyim, qab-qacaq və s. (qida məhsulları xaric) mağazalarında Materials Manager pozisiyasında
minimum 3 il təcrübə
- Microsoft Office, 1C proqramların biliyi
- Analitik düşüncə tərzi, məsuliyyətli, dürüst və çalışqan
- Anbarın sistemli işini təşkil etmək bacarığı
- Kollektivin idarə etmək bacarığı
İş öhdəlikləri:
- Malların qəbulun təşkili
- Əvvəlcədən malların qəbulu və boşaldılması üçün sahənin hazırlanması.
- Sənədlərə və şirkət bazasına görə malların yoxlanılması
- Malların anbarda brendlər, modellər və rənglər üzrə yerləşdirilməsinin təşkili.
- Sahədəki qüsurların və qüsurların müəyyənləşdirilməsi
- 1C proqramında iş
- Heyətlə aylıq audit
- Sənədlərin təşkili və malların istəyə əsasən mağazaya çatdırılması
- Hesabatlar
İş şəraiti:
- Namizədin təcrübəsindən asılı olaraq əmək haqqı 1300 AZN və yuxarı
- Həftənin 6 günü, 1 günlük istirahət cədvəli
- Mağaza şəhərin mərkəzində yerləşir, ticarət mərkəzi deyil
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən məşğulluq
Maraqlanan namizədlər öz CV-lərini göstərilən e-maila göndərə bilərlər [email protected]
В компанию MODYS MMC принимается Materials Manager
Требования:
- Обязателен опыт работы Materials Manager в магазинах не менее 3 лет (одежда, посуда, не продуктовые магазины)
- Знание программ Microsoft Office, 1C
- Аналитический склад ума, пунктуальный, ответственный, честный и трудолюбивый
- Умение организовывать системную работу склада
- Умение управлять коллективом
Должностные обязанности:
- Организация приема товара с работниками склада
- Подготовка площадки для приема и разгрузки товара заранее.
- Проверка товаров по документам и базе компании
- Организация размещения товаров на складе по брендам, моделям и цветам.
- Выявление дефектов и браков на месте
- Работа в программе 1С
- Ежемесячное проведение ревизии с персоналом
- Организация документов и выдачи товаров в магазин по запросу
- Отчеты
Условия работы:
- Зарплата от 1300 AZN и выше в зависимости от опыта кандидата
- График работы 6 дней в неделю, 1 выходной
- Магазин расположен отдельно в центре города, не в торговом центре
- Трудоустройство согласно ТК Азербайджанской Республики
Заинтересованным кандидатам отправлять своё CV на мейл [email protected]
VAKANSİYA 6
Caspian Tech QSC
Caspiantech Maliyyə Analitiki vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏBLƏR:
• Proqramlaşdırma üzrə ən azı +3 il iş itəcrübəsi olan və Güclü problem analiz etmə, həll etmə və qərar vermə bacarıqları olan
• Maliyyə hesabatlarının hazırlanmasında iştirak edilməsi;
• Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək;
• Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
• Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
SƏRİŞTƏLƏR
• Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər;
• Maliyyə-iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
• Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
• Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
• Problemləri həll etmə bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
• Təhsil : Ali ( İqtisadiyyat, maliyyə və ya biznesin idarə olunması sahəsində);
• İş təcrübəsi : 3+ il Maliyyə və Mühasibatlıq sahəsində iş təcrübəsi;
• Dil bilikləri : Azərbaycan və ingilis dilləri mükəmməl, rus dili üstünlükdür;
• Kompüter bilikləri : MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzu olunandır) istifadə etmək bacarığı.
Maraqli namizədlər CV-lərini [email protected] ünvanına mövzu yerində Maliyyə Analitiki yazmaqla 16 may 2021-ci il tarixinə qədər göndərməkləri xahiş olunur.
VAKANSİYA 7
“TEZİBU” MMC-yə (Çatdırılma xidməti) “Baş mühasib” tələb olunur.
Şirkət haqqında: “TEZİBU” MMC 6 ildir fəaliyyət göstərir, 6 aydır ad dəyişikliyi edilib. 35 nəfər kuryer və ümumilikdə 60 nəfər əməkdaşımız var.
Vəzifə öhdəlikləri:
• Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
• Vergi orqanları ilə yazışmalar;
• Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
• E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
• Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• E-portal proqramı ilə işləmək bacarığının olması;
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək;
• Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
• DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək.
Tələblər:
- Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
- Göstərilən sahə üzrə min. 3 il iş təcrübəsi
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
- Vergi Məcəlləsini bilməli
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
- Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
- Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
- Azərbaycan dili biliyi (rus dili arzuolunandır)
- Ünsiyyət qura bilmə bacarığı
Əmək haqqı – 1500 - 1800 AZN.
AR Ə/M-nə uyğun sənədləşmə.
İş yeri : Azure Business Centerin yaxınlığında.
İş rejimi: 09:00-18:00.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Baş mühasib " yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
VAKANSİYA 8
AF Holding
Tikinti təmir işləri üzrə nəzarətçi (prorab)
İş şəraiti:
İş yeri- Moskva şəhər
Namizədə tələblər
∙ Müvafiq sahədə 5 – 10 ildən az olmayaraq iş təcrübəsi
∙ Yaş həddi 40 - 65
∙ Tikilən obyektlərin layihə-smeta sənədlərinin biliyi
∙ Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtlərin biliyi
∙ Ünsiyyət və idarəetmə bacarığı, gərginliyə davamlılıq
Vəzifələr:
∙ Sahədə təmir işlərinin icrasına nəzarət
∙ Təmir-tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə,digər normativ sənədlərə uyğun təşkili
∙ Sahədə təmir və quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına nəzarət
∙ Maddi dəyərlərin oğurluğu və talanmasına və müəssisənin zərər çəkməsinə yol verməmək
∙ Rəhbərliklə mütəmadi əlaqə qurmaq və gündəlik məlumat vermək
∙ Tikintidə görüləcək təmir işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək.
∙ Obyektdə işləyən işçi briqadalarının işlərinə nəzarət etmək, onların tapşırıqlarını müəyyənləşdirmək.
∙ Obyektdə ölçü işlərinin həyata keçirilməsini təmin etmək.
∙ Materialların və məmulatların qəbul olunmasını və onların yerləşdirilməsini, qeydə alınması və təhlükəsizliyini təşkil etmək.
∙ İşin keyfiyyətinə nəzarət etmək
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
CV-ri [email protected] ünvanına göndərin
VAKANSİYA 9
İnci Group of Companies
Vəzifənin adı : Satış təmsilçisi(Ekspeditor)
Namizədə dair tələblər:
- Ali və Orta təhsil ,
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- Komandada işləmə bacarığı;
- Satış sahəsində minimum 3 illik təcrübə
- B kateqoriyalı sürücülük vəsiqəsi
- Müştərini qazanmaq qabiliyyəti
- Ünsiyyətcillik
- Dəqiqlik və məsuliyyət
- Problemləri həll etmə bacarığı
- Komanda şəklində işləmək qabiliyyəti
- Yaş: 23-35;
İş barədə məlumat:
- Satış hədəflərinin vaxtlı vaxtında icra olunması
- İşin başlanğıcında anbardan malların təhvil alınması və maşına yüklənilməsi,
- Təyinat məntəqələrinə vaxtında vizitlərin edilməsi,
- Öz rutu üzərində yeni müştərilərin tapılması və onlara məhsulların təklif edilməsi,
- Müştəri borc limitlərinin nəzarətdə saxlanılması ,
- Müştəri loyallığını artıracaq tədbirlərin görülməsi,
- Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi,
- Bazarın mütəmadi araşdırılması, şifahi sorğuların keçirilməsi, bazarda rəqiblərin araşdırılması və əldə etdiyi məlumatların rəhbərliyə ötürülməsi
- Yeni satış nöqtələri haqqında vaxtında məlumat alması
- Rəqiblər və bazar qiymətləri haqqında düzgün və dolğun informasiya alınması və ötürülməsi
- Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq,
- Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmaq,
- Hər günün sonunda rəhbərliyə günlük hesabatın təqdim edilməsi,
- Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi.
- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Əmək haqqı fiks fond və satışdan bonuslar əsasında müəyyən olunur və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;
Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı - [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.
VAKANSİYA 10
AzRT MMC
Marketinq mütəxəssisi
Əsas iki tələb:
- Adobe Photoshop , Corel Draw və ya digər foto, video dizayn proqramlarında işləməyi bacarmalı.
- Excell biliyi yaxşı səviyyədə olmalı.
- Web marketinq üzrə müəyyən təcrübəyə malik olmalı
- Şirkətin internet mağazalarının (onlayn satış saytının) hazırlanması prosesində yaxından iştirak etməli.
- Şirkət məhsullarının şəkil və videolarının web platformalarda nümayişi , elektron kataloqun formalaşdırılması işinin təşkilində iştirak.
- Marketinq departamentində görüləcək bütün işlərin təşkilində iştirak və verilən tapşırıqları vaxtında icra etməli.
- Pozitiv , yorulmayan , məsuliyyətli ,kreativ, öyrənməyə həvəsli və Marketinq üzrə mükəmməl karyera düşünən olmalıdır.
Namizədə tələblər
- Təhsil : Ali
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Yaş : 18 - 35
- 1 ildən az olmayan iş təcrübəsi
- Liderlik,ünsiyyət komandada işləmək qabilliyəti
- Analiz etmə və problemləri həll etmə bacarığı
- Vaxt idarəetməsi və təşkilati qabiliyyətlər
- Əmək haqqı: müsahibə əsnasında
Subjectdə vəzifənin adı mütləq şəkildə yazılmalıdır, əks halda CV yə baxılmayacaq.
E-mail: [email protected]
VAKANSİYA 11
De Luks MTK
De Luks MTK- Hüquqşünas
• Ali təhsil
• Tikinti sahəsində 3 il təcrübə
• Şirkətin məhkəmədə təmsil edilməsi və irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
• Məhkəmə qətnaməsi nəticəsində icraya yönəlmiş işlərin təqib edilməsi.
• Tikinti fəaliyyəti ilə əlaqədar sakinlər ilə danışıqların aparılması, köçürmənin həyata keçirilməsi, müqavilələrin bağlanması və s.
İş rejimi – 6 günlük
Əmək haqqı –1500 AZN
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Hüquqşünas” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
VAKANSİYA 12
Компания:“GAZELLİ GROUP” MMC
Позиция: Ведущий специалист ОТДЕЛА ПРОДАЖ
Месторасположение: г. Баку, пос. Шувелян, ул. Алмас Йылдырым 4
Должностные обязанности:
• Поиск новых заказчиков‚ расширение клиентской базы;
• Сопровождение, консультирование и продажа услуг компании для существующих и новых клиентов;
• Сбор информации о потребностях потенциальных клиентов;
• Проведение встреч, презентаций, переговоров с компаниями;
• Проведение переговоров с клиентами, составление коммерческих предложений и официальных писем;
• Анализ полученных данных;
• Формирование и согласование предложения о сотрудничестве;
• Полный цикл и контроль проектных продаж (от формирования потребности клиента до завершения проекта);
• Еженедельный отчет о проделанной работе.
Требования:
• Высшее образование (экономика, менеджмент и маркетинг)
• Уверенный пользователь ПК – основные офисные программы
• Опыт работы в продажах не менее 3-х лет;
• Свободное владение азербайджанским, русским, английский язык приветствуется;
• Умение работать в команде и нацеленность на результат, отличные коммуникативные навыки и умение убеждать, активная жизненная позиция;
• Аналитические способности;
• Готовность к командировкам.
Условия:
• Работа в успешной и стабильной компании
• Возможность карьерного роста в компании
• Оформление по ТК АР, график работы 5/2 с 08.00 – до17.00
• Питание, мобильная корпоративная связь, трансфер со стороны компании
• Заработная плата по договоренности
Сведения о компании:
“Gazelli Group” MMC - лидирующая компания в сфере производства парфюмерии, средств косметологии и бытовой химии, более 20 лет успешной работы в Республике Азербайджан и за рубежом. Компания включает в себя сеть центров красоты и здоровья, Кафе, Галерею современного искусства.
Собеседование состоится после рассмотрения всех полученных резюме. Резюме принимаются до __ 06 июня 2021 года.
Просьба отправлять резюме с фотографией и указанием в теме позиции «Ведущий специалист отдела продаж» и ожидаемой заработной платы на e-mail: [email protected]
Только соответствующие вышеуказанным требованиям кандидаты будут приглашены на собеседование.