Hüquqşunas / Aparıcı Hüquqşünas
Təsvir
-
Bankın struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn məsələlər üzrə hüquqi rəy verilməsi;
-
Bankın daxili normativ sənədlərinə dair hüquqi rəylərin verilməsi, Şöbənin daxili normativ sənədlərinin layihələrinin hazırlanması;
-
Qanunvericilikdəki yenilikləri daim nəzarətdə saxlamaq və yeniliklərlə bağlı bülletenlərin hazırlanması;
-
Korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı müvafiq dövlət qurumlarında qeydiyyat işlərinin aparılması;
-
Bankın tərəfdaşları ilə bağlanan müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
-
Şöbəyə daxil olan sənədlərin hesabatlılığının təmin edilməsi;
-
İcraatında olan işləri tam nəzəratdə saxlamaq, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək, icraatında olan işlərdən tam məlumatlı olmaq;
-
Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
-
Ali Hüquq təhsili;
-
Müvafiq sahədə ən azı 1 illik iş təcrubəsi;
-
Mülki, bank və əmək qanunvericiliyini bilmək;
-
Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini yaxşı səviyyədə bilmək;
-
Regionlara səfər etmək imkanına malik olmaq;
-
Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
-
Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;
-
Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
-
Komandada işləmək bacarığı və istəyi.
Komplayens şöbəsinin rəhbəri
Təsvir
-
ÇPY/TMM üzrə biznes və texniki layihələrin idarə edilməsi;
-
ÇPY/TMM üzrə texniki tapşırıqların hazırlanması və onların həllinə nəzarət;
-
Xarici müxbir banklarla və tərəfdaşlarla ÇPY/TMM üzrə əlaqələrin mükəmməl qurulması və saxlanılması;
-
İllik əsasda bankın mövcud müştəri bazasının risk qiymətləndirilməsi prosesini həyata keçirmək;
-
Müvafiq dövlət orqanları tərəfindən daxil olan tapşırıqların vaxtında yerinə yetirilməsi;
-
Bankın əməkdaşlarına Komplayens üzrə təlimlərin keçirilməsi;
-
Filiallarda Komplayens siyasətinin uyğunluğuna nəzarət etmək;
-
Rüblük və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
-
İdarə Heyəti tərəfindən qoyulmuş tapşırıqların vaxtında icra olunması.
Tələblər
-
Bankda ən azı 4 illik iş təcrübəsi;
-
ÇPY/TMM, daxili nəzarət sahəsində ən azı 1 illik rəhbər iş təcrübəsi;
-
ÇPY/TMM sahəsi üzrə biznes və texniki layihələri idarə etmək bacarığı;
-
Yaranmış problemləri çevik həll edə bilmək bacarığı;
-
Əməliyyat sahəsinə aid bütün xidmət və məhsulların texniki işləmə mexanizmini bilmək;
-
Yüksək analitik təfəkkür;
-
Microsoft proqramlar paketini, xüsusilə Excel və Word proqramlarını əla bilmək, SQL biliyi arzuolunandır;
-
Mükəmməl Azərbaycan dili biliyi, yüksək ingilis dili və rus dili biliyi;
-
CAMS sertifikatının olması üstünlükdür;
-
Mükəmməl ünsiyyət bacarığı;
-
Komandanı idarə etmək bacarığı.
Komplayens şöbəsinin baş mütəxəssisi
Təsvir
-
ÇPY/TMM üzrə şübhəli əməliyyatların yoxlanılması və analizi;
-
ÇPY/TMM üzrə texniki tapşırıqların hazırlanması və onların həllinə nəzarət;
-
Daxil olan müvafiq sorğuların cavablandırılması;
-
Azərbaycan dilində qrammatik düzgün olaraq işgüzar məktubların tərtibatı;
-
Rəhbər tərəfindən qoyulmuş tapşırıqların vaxtında icra olunması;
-
Filiallarda ÇPY/TMM üzrə yaranan problemlərin həllində əməkdaşlara dəstək olmaq.
Tələblər
Bankda ən azı 4 illik iş təcrübəsi;
ÇPY/TMM, daxili nəzarət və ya əməliyyat riskləri sahəsində ən azı 3 illik iş təcrübəsi;
Əməliyyat sahəsinə aid bütün xidmət və məhsulların texniki işləmə mexanizmini bilmək;
Analitik təfəkkür;
Microsoft proqramlar paketini, xüsusilə Excel və Word proqramlarını əla bilmək;
Mükəmməl Azərbaycan dili biliyi (rəsmi sorğuların cavablandırılması üçün) və yüksək ingilis dili və ya rus dili biliyi;
Rəqəmlərlə işləyərkən yüksək səviyyədə diqqətlilik;
Mükəmməl ünsiyyət bacarığı;
Komandada işləmək bacarığı;