Azərbaycan Kredit Bürosu (AKB) fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.
AKB 280-dən artıq təşkilatla məlumat mübadiləsi həyata keçirir və fəaliyyətinin əsas istiqamətini irihəcmli məlumatlarla iş, habelə öz tərəfdaşlarına kredit hesabatı, skorinq və analitik həllərin təqdim edilməsi təşkil edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin Rəqəmsallaşma Departamentinə Junior Frontend Developer axtarılır.
Vakansiya haqqında:
Departament: Rəqəmsallaşma Departamenti
Vəzifə: Junior Frontend Developer
Müraciət üçün son tarix: 31.03.2026
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər:
- İstifadəçi yönümlü, stabil və performanslı veb interfeyslər inkişaf etdirilməsi
- Dizayn və UX komandası ilə sıx əməkdaşlıq edərək biznes tələblərini UI həllərə çevirilməsi
- Backend komandası ilə birlikdə API-lərin düzgün və effektiv inteqrasiyasını təmin etdirilməsi
- Frontend arxitekturası və komponent əsaslı yanaşmanın formalaşmasına töhfə verilməsi
- Texniki sənədlərin hazırlanması və saxlanılması
Tələb olunan təhsil və iş təcrübəsi:
- HTML5, CSS3 və JavaScript (ES6+) üzrə əsaslı biliklər
- TypeScript ilə əsas tip təhlükəsizliyi bilgiləri
- Vue.js (və ya Nuxt) ilə minimum 1 il praktiki təcrübə
- Tailwind CSS və ya utility-first CSS yanaşması ilə işləmə təcrübəsi
- REST API-lərlə işləmə təcrübəsi
- Responsive dizayn və cross-browser uyğunluq anlayışı
- Git ilə işləmə bacarığı
Üstünlük verilən əlavə bilik və bacarıqlar:
- Nuxt 3 ilə işləmə təcrübəsi
- Feature-Sliced Design (FSD) və ya modular frontend yanaşmaları haqqında anlayış
- UI komponent kitabxanaları ilə təcrübə
- Monorepo ilə iş təcrübəsi
- Design system və ya Figma ilə işləmə təcrübəsi
Digər bacarıqlar:
- Problemləri analiz etmək və effektiv həll yolları tapmaq bacarığı
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək həvəsi
- Komandada işləmək bacarığı və yaxşı ünsiyyət qurmaq qabiliyyəti
- Məsuliyyətli və nəticəyönümlü yanaşma
Maraqlanan namizədlər CV-lərini mövzu olaraq “Junior Frontend Developer” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.












