Yunanıstan xarici turistlərə qoyulan bütün məhdudiyyətləri ləğv edərək turizm mövsümünü açıq elan edib.
Eləcə də bax: Hər il xaricə gedən turistlər bu il ölkə daxilində dincələcək - RƏY
FED.az xəbər verir ki, bunu Yunanıstanın turizm naziri Haris Teoharis deyib.
Beləliklə, ölkəni həm PCR testi ilə, həm də vaksinasiyadan keçərək ziyarət etmək olar.
Turizm mövsümünün yenidən başlaması münasibətilə təşkil olunan mətbuat konfransında nazir H. Teoharis turistlərin sağlamlığını qorumaq üçün kompleks yanaşma tətbiq olunduğunu diqqətə çatdırıb. Məsələn, təyyarəyə minərkən turistlərin mənfi PCR testi (yola düşmədən 72 saat əvvəl aparılan), peyvənd sertifikatı və ya COVID-19-a qarşı antitellərinin olduğunu təsdiqləyən sertifikatı təqdim etmələri zəruridir. Beş yaşından yuxarı uşaqlar üçün test sertifikatı tələb olunur.
Turistlər uçuş ərəfəsində Yunanıstandakı əlaqə məlumatlarını göstərən PLF (“Passenger Locator Form”) elektron formasını https://travel.gov.gr saytında dolduraraq QR-kodun əldə etməlidirlər. Hoteldə yerləşmə kuponu rolunu oynayan bu QR-kod sərhəddə təqdim olunur.
Yunanıstan hökuməti tərəfindən görülən təhlükəsizlik tədbirləri arasına 1 iyuna planlaşdırılan rəqəmsal vaksinasiya keçidi adlandırılan “Digital Green Pass”ın tətbiqi və əhalinin peyvəndləməsinin sürətləndirilməsi də daxildir. (Apa)