"Şahdağ" Turizm Mərkəzində hotellərdə yeni il ərəfəsində 3 günlük paketin qiyməti 1 000 manatdan başlayır 1 800 manatadək davam edir.
Rüstəm Nəcəfov: “Şahdağ” Turizm Mərkəzi beynəlxalq yarışa ev sahibliyi edəcək"
FED.az xəbər verir ki, bunu “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.
"Təqdim etdiyimiz paketlər 2 nəfər üçün nəzərdə tutulub və bura üç gecə gecələmə, səhər yeməyi və dekabr ayının 31-i qala gecəsi tədbiri daxildir. Amma buna baxmayaraq, sözsüz ki, qonaqlar "Şahdağ" Turizm Mərkəzi ərazisində müxtəlif növ gün ərzində əyləncələrdə, musiqili proqramlarda iştirak edə bilərlər. Həmişə kimi hər bir bura üzü tutan şəxs xoşbəxt hisslərlə buranı tərk edəcək." - deyə sədr qeyd edib.
Qiymətlərlə bağlı məlumat verən Rüstəm Nəcəfov qeyd edi ki, "Ümumi il ərzində ortalama qiymətlərlə bağlı deyə bilərəm ki, mövsümdən və qeyri mövsümdən asılı olaraq qiymətlərdə dəyişiklər olur. Bu il ərzində bizdə hotellərdə qiymətlərə gəlincə qiymətlər Şahdağ hoteldə 150 manatdan 445 manata qədər olub, Zirvə hoteldə 110 manatdan 255 manat aralığında olub və Qaya apartamentlərində 115-380 manat arası dəyişib".