2025-ci ildə “Şahdağ” Turizm Mərkəzi beynəlxalq yarışa ev sahibliyi edəcək.
Kənan Quluzadə: “Azərbaycana gələn turistlərin sayı 3 milyona çatacaq”
FED.az xəbər verir ki, bunu “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.
"Qısa olaraq sizə xizək alpinizmi üzrə Dünya Kuboku haqqında məlumat verin. Bu, Azərbaycan tarixində həqiqətən bir möhtəbər tədbir olacaq. Bu tədbir üçün demək olar ki, biz tam hazırıq, baxmayaraq ki, tədbir keçirilməsinə çox az vaxt qalıb. Tədbir yanvar ayının 10-13-ü arasında keçiriləcək. Təqribən 20 ölkədən 200-ə yaxın idmançının iştirakı gözlənilir.
İlk dəfə olaraq qış idman növləri üzrə “Şahdağ” Turizm Mərkəzində, Azərbaycanda Dünya Kuboku keçiriləcək. Bu da sözsüz ki, bizim keçən il keçirdiyimiz yarışın nəticəsi olmuşdur. Yüksək səviyyəli yarış keçirilmişdir ki, Beynəlxalq Xizək Alpinizmi Federasiyası bunu yüksək qiymətləndirmiş və qərar qəbul etmişdir ki, məhz Dünya Kuboku bu il “Şahdağ” Turizm Mərkəzində olsun.
Ondan əlavə olaraq qeyd etmək istəyərdim ki, artıq 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və 2027-ci ildə Dünya çempionatının “Şahdağ” Turizm Mərkəzində keçirilməsi üçün biz öz təklifimizi göndərmişik. Ümid varıq ki, o tədbirlər də məhz “Şahdağ” Turizm Mərkəzində keçiriləcək." - deyə sədr qeyd edib.