Bu ilin yanvar-may aylarında xarici ölkələrdən Azərbaycana 9 818 aviareys təşkil olunub.
FED.az bu barədə Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 805 aviareys və ya 22,5 % çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş olub - 2 928 reys. Bu da 1 il əvvələ nisbətən 2 619 reys və ya 11,6 % çoxdur.
Hesabat dövründə Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 2 083 uçuş olub ki, bu da illik müqayisədə 1 889 reys və ya 10,3 % çoxdur.
Birləşmiş Ərəb Əmirliklərindəki aviareyslər isə son bir il ərzində 343 reys və ya 38,6 % artaraq 1 231 reysə çatıb.
Bu dövrdə Azərbaycana ən az edilən aviareyslər isə Yunanıstan və Tacikistan (1 reys), Qırğızıstan (2 reys), Monteneqro (5 reys) və İsveçrə (7 reys) olub.
Ötən ilin 5 ayı ərzində Yunanıstan, Qırğızıstan və İsveçrədən Azərbaycana aviareys təşkil edilməyib, Monteneqrodan 2, Tacikistandan isə 1 uçuş olub.