Bu ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 965 556 nəfər turist gəlib.
FED.az bu barədə Dövlət Turizm Agentliyinin açıqladığı statistikaya əsasən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35% çoxdur.
Bu ilin may ayında ölkəyə turist gəlişi 239 272 təşkil edib ki, bu da illik müqayisədə 26% artım deməkdir.
Ötən ay ölkəyə ən çox turist 68,8 min nəfər olmaqla Rusiyadan gəlib. Digər sıralarda isə Türkiyə (37,5 min turist), Hindistan (29,7 min turist), İran (19,4 min turist), Gürcüstan (8,7 min turist), Qazaxıstan (6,9 min turist), Səudiyyə Ərəbistanı (6,6 min turist), Pakistan (5,8 min turist), Çin (4,7 min turist), Özbəkistan (3,9 min turist), İsrail (3,3 min turist), Ukrayna (3,2 min turist), Koreya Respublikası (2,9 min turist), Türkmənistan (2,8 min turist), Belarus (2,7 min turist) qərarlaşıb.