Turizm

“Wizz Air” şirkəti Varşava-Bakı reysi açmağa - HAZIRLAŞIR

“Wizz Air” şirkəti Varşava-Bakı reysi açmağa - HAZIRLAŞIR | FED.az
00:04 3 Fev 2020

“Wizz Air” şirkəti Varşava-Bakı reysi açmağı planlaşdırır.

FED.az xəbər verir ki, bu barədə şirkətin rəsmi açıqlaması dərc olunub.

Eləcə də bax: Bakıda 50 hektarlıq istirahət mərkəzi tikilir - DƏNİZ TAKSİLƏRİ, KANAT YOLLARI

Bildirilir ki, Azərbaycan tərəfinə müvafiq müraciət olunub və cavab gözlənilir. Razılıq əldə olunacağı təqdirdə, həftəlik ikitərəfli uçuşlar həyata keçiriləcək. Lakin eyni təkliflə Polşanın daha bir şirkəti-LOT da müraciət etməyi düşünür və bu halda onlardan biri arasında seçim olunacaq.

Eləcə də bax: Amerikaya «Green Card» almaq çətinləşdi – YENİ QAYDALAR

Hazırda Azərbaycan ilə Polşa arasında birbaşa uçuşlar yoxdur.

“Wizz Air” bu gün üçün Budapeşt-Bakı arası birbaşa uçuşlar həyata keçirir.

 

Digər xəbərlər

Banner