ABŞ Ali Məhkəməsi yanvarın 27-də qəbul etdiyi qərarla ABŞ hökumətinə ölkədə yaşayış icazəsi - «Green card» almağı çətinləşdirən qaydaları qəbul etməyə icazə verib.
Eləcə də bax: «Kasıbları Amerikaya buraxmayacaqlar» - «GREEN CARD»DA YENİ QAYDA
FED.az xəbər verir ki, yeni qaydalar xüsusilə kasıblara – ABŞ-a köçəndən sonra sosial yardım istəməsi ehtimalı olanlara aiddir.
Yeni qaydalara görə, bəzi şəxslər üçün «Green Card» almaq çətinləşəcək. Söhbət ABŞ-a köçəndən sonra dövlətin sosial və tibbi sığorta proqramlarından, pulsuz yemək kartından, dövlətin mənzil dəstəyindən və sair istifadə etməyə hazırlaşan şəxslərdən gedir.
Eləcə də bax: Sabahdan ABŞ-da hamilə qadınlara viza verilməsi üçün yeni qaydalar - TƏTBİQ EDİLƏCƏK
Qaydalara görə, əgər hökumət hesab etsə ki, hansısa şəxs ABŞ-a bu proqramlara qoşulmaq üçün gəlir, ona imtina verilə bilər. Çünki bu insanlar dövlət üçün əlavə yük olub onun hesabına yaşayacaqlar.
Qeyd edək ki, hər il ABŞ-da qreen cand almaq üçün 544 min nəfər müraciət edir. Yeni qaydalar isə bunlardan 380 mininə aid olacaq.