“Ukrayna Beynəlxalq Hava Yolları” (MAU) şirkəti gələn aydan Kiyev-Bakı-Kiyev istiqamətində aviareysləri bərpa edir.
Eləcə də bax: Türk Hava Yolları Gəncəyə - UÇUŞLARA BAŞLAYIR
FED.az xəbər verir ki, bu barədə aviaşirkətin internet səhifəsində bildirilir.
Məlumata görə, aviadaşıyıcı yay mövsümü ilə bağlı uçuş proqramını yeniləyib. Proqrama əsasən, martın 28-dən Ukrayna paytaxtından Azərbaycana, Gürcüstana (Tbilisi) və Ermənistana (İrəvan) uçuşlar bərpa olunacaq.
Bundan başqa, aviaşirkət Böyük Britaniya (London), Fransa (Paris), Almaniya (Münhen), İtaliya (Milan), İspaniya (Barselona), BƏƏ (Dubay), Misir (Qahirə) və Türkiyə (İstanbul) istiqamətlərində də aviareysləri bərpa edəcək. (Report)