Türkiyə Cümhuriyyətinin Gəlirlər İdarəsi bundan əvvəl təxirə salınmış və 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək qonaqlama vergisinin necə tətbiq ediləcəyi ilə bağlı kommunike layihəsi hazırlayıb.
Eləcə də bax: İzmirə gedən turistlər arasında azərbaycanlılar - İLK ONLUQDADIR
Qonaqlama vergisinin dərəcəsi 2 faiz olacaq
Qonaqlama vergisi qonaqlamanın növündən asılı olaraq tutulacaq. Mehmanxanalar, motellər, tətil kəndləri, pansionatlar, mənzillər, termal obyektlər, qonaq evləri, dağ evləri və düşərgə kimi obyektlərdən 2 faiz dərəcə ilə vergi alınacaq. Bunlardan başqa, ölkə Prezidentinin bu faizi iki qata qədər artırmağa, yarıyadək azaltmağa və bu hədlər daxilində müxtəlif dərəcələr müəyyən etməyə səlahiyyəti var.
Hədiyyə adı ilə göstərilən qonaqlama xidmətlərindən vergi tutulacaq
Digər tərəfdən, obyektin operatorlarına və onların qohumlarına və ya iş adamlarına pulsuz yerləşdirmə xidmətlərinin göstərilməsinə də vergi tətbiq ediləcək. Bundan əlavə, kənar şəxslər üçün təşviqedici aksiyalar, hədiyyələr, tanıtımlar və bu kimi adlar altında pulsuz göstərilən xidmətlərdən də vergi tutulacaq. Yerləşdirmə obyekti daxilində obyekt işçilərinin öz istifadələri üçün ayrılmış yerlərdə gecələməsi buraya daxil edilmir.
Vergi qonaqlama obyektində göstərilən xidmətlərin hamısını əhatə edir
Qonaqlama obyektlərindən vergilərin yığılması ilə bağlı diqqət çəkən detallardan biri də qonaqların düşərgə sahələrinin ehtiyaclarını öz imkanları ilə qarşılayıb-qarşılamaması və ya gecələmənin çadır, avtomobil qoşqusu, səyyar evlər, sökülüb-yığılan evlər kimi obyektlərdə olmasıdır. Qonaqlama obyektlərində gecələmə xidməti ilə birlikdə satılmaq üçün təklif olunan bütün xidmətlərə görə vergi tutulacaq.
Vergi tutulacaq digər obyektlərə isə yerləşdirmə məkanı daxilində təklif olunan hovuz, idman və termal qurğular və oxşar xidmətlər kimi satış məqsədi daşıyan obyektlər aiddir.
Qonaqlama konsepsiyası çərçivəsində göstərilən bütün xidmətlər, o cümlədən “otaq+səhər yeməyi”, “yarım pansion”, “tam pansion”, “hər şey daxil”, “ultra hər şey daxil” adları altında bazarlanan və satılan bütün xidmətlər də vergiyə cəlb olunacaq. Bu xidmətlərin qiyməti ayrıca göstərildiyi halda da onlara görə vergi tutulacaq.