Türkiyənin "Pegasus Airlines" şirkəti ekonom-klass sərnişinlərindən əl yükü üçün əlavə ödəniş almağa başlayacaq.
Rusiya aviaşirkəti Bakıya - UÇUŞLARI DAYANDIRDI
FED.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayır.
Məlumata görə, loukoster tərəfindən yeni qayda barədə heç bir rəsmi açıqlama verilməsə də, dəyişikliklər artıq saytın ingilis dilli versiyasında əl yükünə dair məlumat bölməsində əks olunub.
Həmçinin qeyd olunub ki, "Pegasus" yalnız beynəlxalq reyslər üçün əlçatan olacaq yeni "Light" tarifi tətbiq edəcək. Bu tarifə əsasən sərnişinlər özləri ilə salona yalnız oturacağın altına sığan kiçik çanta götürə bilərlər. Çantanın çəkisi 3 kiloqramı keçməməli, ölçüləri isə 40x30x15 sm-dən artıq olmamalıdır. Çantanı baqaj rəfində yerləşdirmək qadağan olacaq, onu yalnız qarşı kreslonun oturacağının altında yerləşdirmək mümkün olacaq.
Biletləri daha əvvəl əldə etmiş sərnişinlər əvvəl "Light" tarifi olmadığı üçün baqaja görə əlavə ödəniş etməli olmayacaq.
Bundan başqa, digər tariflərə də dəyişikliklər olunub. Əvvəllər ən əlçatan "Basic" tarifində çəki məhdudiyyəti olmadan 55x40x20 sm ölçüdə əl yükü üçün bir yer nəzərdə tutulsa da, artıq əvvəlki qabaritləri saxlamaqla yükün çəkisi üçün 8 kiloqramlıq limit müəyyən edilib.
Türkiyə KİV-ində dərc olunan məlumata görə, "Pegasus" baqaj rəflərində əl yükünü daşıma üçün kvota tətbiq edəcək, məsələn, A321 üçün 50 vahidlə məhdudlaşdırma tətbiq olunacaq. Prioritet daha bahalı tarifləri seçən sərnişinlərə veriləcək, belə ki, bu tariflərdə rəfdə yer artıq qiymətə daxildir. "Light" tarifi ilə bilet almış sərnişin yüklə gələrsə və bu yükü rəfdə yerləşdirmək lazım olarsa, sərnişin 50 avro cərimə ödəməli olacaq. (Trend)