Azərbaycanlılar Türkiyədə yaşayış icazəsi almış əcnəbilər arasında 6-cı yerdədir. 68 mindən çox Azərbaycan vətəndaşı Türkiyədə yaşamaq icazəsi alıb.
Türkiyədə bir ildə 3,5 milyon əmlak satılıb – ŞƏHƏRLƏR, SİYAHI
FED.az Türkiyə Miqrasiya İdarəsinə istinadən xəbər verir ki, 12 yanvar 2023-cü il tarixində olan məlumara görə, 68 min 46 azərbaycanlı Türkiyədə yaşamaq icazəsi alıb.
1-ci yerdə 153 min 639 icazə ilə ruslar, 2-ci yerdə 131 min 132 icazə ilə iraqlılar, 3-cü yerdə 115 min 404 icazə ilə türkmənlər, 4-cü yerdə 100 min 263 icazə ilə suriyalılar, 5-ci yerdə 94 min 869 icazə ilə iranlılardır.
Qısamüddətli yaşayış icazəsi almış xaricilər arasında isə 25 min 714 icazə ilə azərbaycanlılar 9-cu yerdədir.
Ailə yaşayış icazəsi və tələbə yaşayış icazəsi alanlar üzrə azərbaycanlılar 1-ci yerdədir. Belə ki, 12 min 973 azərbaycanlı ailə yaşayış icazəsi, 17 min 739 nəfər isə tələbə yaşayış icazəsi əldə edib.
Əcnəbilərin maksimum sayı İstanbulda - 706 mindən çox, o cümlədən Antalyada - 158 mindən çox qeydə alınıb.
Eyni zamanda, Türkiyədə qanuni yaşayan əcnəbilərin ümumi sayı 2021-ci illə müqayisədə 40 min nəfər artıb.
Yaşayış icazəsi Türkiyədə qalmaq istəyən əcnəbilərə verilən icazədir. Bu icazə Türkiyədə doxsan gündən çox yaşamağa icazə verir. Ailə yaşayış icazəsi Türkiyə vətəndaşı ilə evli olan əcnəbilərə verilən yaşayış icazəsidir. Qısamüddətli yaşayış icazəsi Türkiyədə daşınmaz əmlakı olan, biznes quran və s. şəxslərə verilir. Tələbənin yaşayış icazəsi təhsil aldığı müddətdə şəxsə ölkədə qalmaq hüququ verən yaşayış icazəsi növüdür. (Marja)