Türkiyənin Turizm və Mədəniyyət naziri Mehmet Ersoy ölkəyə gələn turistlərin koronavirus testindən necə keçiriləcəyindən danışıb.
Eləcə də bax: Türkiyə bu ölkələrdən turist gəlməsinə - İCAZƏ VERMƏYƏCƏK
FED.az xəbər verir ki, Mehmet Ersoyun sözlərinə görə, Türkiyə tərəfi turistlərdən xəstəliyə yoluxmamaları barədə arayış tələb etməyəcək, amma yenə də nəzarət olacaq.
ATOR xəbər verir ki, turistlər hərarətlərini təmas olmadan ölçə biləcəklər.
Sərhəd nəzarəti zonalarında ilk tibbi yardım postları təchiz ediləcək: 38 dərəcədən yuxarı temperatur olan turistlər oraya göndəriləcək. Orada həmin şəxslər testdən keçəcək.
Ersoy Türkiyənin tətildə COVID-19 və ya hər hansı digər infeksiyaya yoluxanların müalicəsinə kömək edəcəyini bildirib:
“Ölkəmizdə kimsə xəstələnərsə, lazımi tibbi xidmətlər göstərəcəyik. Bu baxımdan, heç kim narahat olmamalıdır”.
Ancaq müalicənin ödənişsiz olub-olmayacağı açıqlanmayıb. (Oxu)