Bundan sonra Türkiyəyə təkbaşına səyahət edən turistlər əlavə haqq ödəməli olacaqlar. Mütəxəssislərin fikrincə, yeni vergi turizm sənayesindəki böhran vəziyyəti daha da ağırlaşdıra bilər.
Eləcə də bax: Türkiyənin hava limanları idarəedicisinin gəlirləri 54% azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə xarci KİV-də məlumat verilir.
Türkiyədə noyabrın 1-dən turistlər otellərdə yaşamaq üçün bron qiymətinin 1%-i həcmində vergi ödəyəcəklər. Verilən məlumata görə, 2021-ci ilin yanvarın 1-dən vergi məbləği 2%-ə qədər artırılacaq.
Qeyd edək ki, turistlərdən vergi tutmaq təklifi 2020-ci il aprelin 1-də irəli sürülmüşdü, lakin mart ayında turizm sənayesinə dəstək tədbirləri çərçivəsində bu plan təxirə salındı. Ölkənin turizm sənayesinin nümayəndələri yeni verginin tətbiq olunmasını dəstəkləmirlər – onların fikrincə, bu, Türkiyədə istirahətin bahalaşacağına səbəb olacaq.
Bildirilir ki, Türkiyə kurortlarına paket turu ilə səyahət edənlər üçün demək olar ki, heç nə dəyişməyəcək. Turun qiymətinə əlavə 1% vergi daxil ediləcək.