Noyabrın 1-dən etibarən Türkiyə otellərində yeni, yaşayış vergisinin tətbiqinə başlanılıb.
FED.az xəbər verir ki, yeni vergini yalnız oteldə nömrəni birbaşa alan turistlər ödəyəcəklər. Bura oteli həm onlayn, həm də otelin özündə bron edənlər aiddir. Səyahətə tur almaqla gedən turistlərdə isə yeni vergi turun qiymətinə avtomatik hesablanacaq.
Yeni vergi cəmi 1% təşkil edir, ona görə də demək olar ki, hiss olunmayacaq. Türkiyənin Otellər Federasiyasının rəhbəri Osman Ayık isə bildirib ki, bu vergidən yığılan vəsaitlər dövlət büdcəsinə toplanacaq.
Xatırladaq ki, Türkiyə otellərində bu verginin 2020-ci ilin aprelindən tətbiqi nəzərdə tutulurdu, amma koronavirus pandemiyası səbəbindən bu təxirə salınmışdı.