Türkiyə parlamentinin mülki aviasiya qanunlarına etdiyi dəyişikliklər nəticəsində hava limanlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir.
Mayda Türkiyəyə səfər edən azərbaycanlıların sayı artıb
FED.az xəbər verir ki, bundan sonra hava limanının əməkdaşları aeroportdan verilən yazılı əmr əsasında təhlükəsizlik qüvvələrinin nəzarəti altında insanlara və onların baqajlarına vizual baxış keçirə biləcəklər.
Dəyişikliklərə əsasən, xüsusi qurğularla yoxlama hər hansı səbəbdən başa çatmadıqda sərnişinin özü və əşyaları əl ilə yoxlanılacaq. Buna razılıq verməyən sərnişinlərin hava limanına daxil olmasına və ya təyyarəyə minməsinə icazə verilməyəcək. (Azərtac)