Turizm

Turizm eksperti: Bölgələrdəki hotellərin cəmi - 10 Faizi Doludur

Turizm eksperti: Bölgələrdəki hotellərin cəmi - 10 Faizi Doludur | FED.az
16:46 17 Avq 2020

Bölgələrdə hotellərin doluluğu ötən illə müqayisədə 10 faiz təşkil edir.

Eləcə də bax: Azərbaycanda aylardır fəaliyyətsiz qalan hotellərin aqibəti - NECƏ OLACAQ?

FED.az xəbər verir ki, bunu turizm üzrə ekspert Rəşad Gəncəliyev bildirib. Onun sözlərinə görə, növbəti aydan etibarən bu rəqəm daha da aşağı enəcək:

“Ümumən götürəndə turizm sektorunda zəifləmə tək Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir. Ötən ilə müqayisədə bölgələrdə olan hotellərin hazırkı doluluq səviyyəsi cəmi 10 faizdir. Nəzərə alsaq ki, bu hotellər əsasən yay aylarında turist qəbul edirlər, bu səbəbdən sentyabrdan bu rəqəm daha da aşağı düşəcək. Ötən il turist sayı çox olduğundan hotellər artıq Türkiyədə olduğu kimi, gecələmə qiymətinə üç dəfə qidalanmanın da daxil edilməsini təklif edirdilər, ancaq indiki dövrdə ödənişə yalnız hoteldə qalmaq mümkündür”.

Ekspert bildirib ki, yay turizmi artıq geridə qalmaqdadır və səyahət şirkətləri qışa hazırlaşırlar:

“Normalda bölgələrə istirahətə yollanan insanların əksəriyyəti paytaxt Bakıdan olur. Hazırda Bakı narıncı zonaya daxil olduğu üçün bu ərazidən çıxış qadağandır. Qarşıdakı günlərdə bu qadağa aradan qaldırılarsa, bölgələrə səfərlər yenidən artacaq. Belə olduğu halda turizm şirkətləri qış turizmi üçün paketlər hazırlayaraq təqdim edəcəklər”.

R.Gəncəliyev əlavə edib ki, bir neçə gündür xaricə səfər edənlərin sayında canlanma yaransa da, bu, əvvəlki illərlə müqayisədə 6-7 faiz təşkil edir. Xaricə səfər edənlərin əksəriyyəti isə biznes məqsədi üçün gedir. (Trend)

Digər xəbərlər

Banner