Turizm İnformasiya Sistemində 792 turizm sənayesi nümayəndəsinin qeydiyyat mərhələsi tamamlanıb.
Banklar turizm şirkətlərinə kredit vermirlər - ATAA -DAN AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Tədqiqat və inkişaf departamentinin rəhbəri Nicat Abbaslı "Azərbaycan Turizm Sammiti 2023"də çıxışı zamanı məlumat verib.
O bildirib ki, bu il qəbul olunan “Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”na uyğun olaraq il ərzində ulduzlaşma üçün müraciət edən 173 hoteldən 114-nün auditi başa çatdırılıb.
"Bu ilin 11 ayı ərzində 1 milyon 893 mindən çox xarici ziyarətçi ölkəmizə səfər edib. Bu, ötən illə müqayisədə 30 faizdən çoxdur. Pandemiyadan sonra bərpa prosesi sürətlə davam etdirilir". (Apa)