“Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyi (ATAA) Azərbaycanın turizm sektorunun bank xidmətlərinə əlçatanlığını artırılmasını istəyir.
Niyə səyahətə bu qədər ehtiyacımız var? – SEYMUR ALLAHVERDİYEV YAZIR…
FED.az xəbər verir ki, bunu ATAA-nın İdarə Heyətinin sədr müavini Əhməd Qurbanov deyib.
Onun sözlərinə görə, pandemiya turizm sektorunun banklar üçün arzuolunmaz müştərilər siyahısında düşməsinə təsir edib: “Təəssüf ki, bəzən banklar tərəfindən turizm sektoru biznes kreditlərində arzuolunmayanlar siyahısına daxil edilir. Təbii ki, buna pandemiyanın da, hazırda turizm sahəsində stabilləşmə dönəminin olmasının da təsiri olub. Bu baxımdan ATAA olaraq Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə görüş keçirmişdik. Həmin görüşdə bütün təkliflərimizi verdik".
Ə.Qurbanov bildirib ki, turizm sahəsində çalışan şirkətlərin, hotellərin banklarla bağlı üzləşdikləri çətinlikləri onların diqqətinə çatdırılıb: "Düşünürəm ki, bu yaxın 10-20 günün məsələsi deyil. Biz davamlı olaraq onlarla görüşlər keçiririk, danışıqlar aparırıq. Amma mütəmadi olaraq yaxın zamanlarda bu çətinliklərin yavaş-yavaş həllinə nail ola biləcəyik".
O, artıq ABA-ya bu təklifi verdiyini qeyd edib: "Assosiasiyadan öz növbəsində bu problemin həllində bizə dəstək veriləcəyi bildirilib”. (Report)