Turistlərin səyahət şərtlərini yaxşılaşdırmaq üçün viza prosedurlarının sadələşdirilməsi istiqamətində tədbirlər görüləcək.
Eləcə də bax: Bahalı səyahət ayında daha baha qiymətlər - XARİCDƏ İSTİRAHƏT NEÇƏYƏDİR?
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Sənəddə bildirilib ki, planın əsas icraçısı Xarici İşlər Nazirliyi, aidiyyəti qurumlar Dövlət Turizm Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasilar üzrə Dövlət Agentliyidir.
2019-cu illə müqayisədə sərhəddə viza rejimi və ya vizasız rejim tətbiq edilən yeni ölkələr üzrə gələn ziyarətçilərin sayının hər il 7.5% artması nəzərdə tutulub.
Qeyd edilib ki, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələri şaxələndiriləcək və təkmilləşdiriləcək.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Sənəddə bildirilib ki, planın əsas icraçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, aidiyyəti qurumlar isə Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, AZAL, Azərbaycan Dəmir Yollarıdır.
Hazırda turizm məqsədilə səfər edənlərin sayında hava nəqliyyatından istifadə edənlərin payı 40.1% (2019-cu il); Dəmir yolu nəqliyyatından istifadə edənlərin payı 12.9%-dir (2019-cu il).
Müvafiq sahə üzrə təkliflərin həyata keçirilməsi nəticəsində turizm məqsədilə səfər edənlərin sayında hava nəqliyyatından istifadə edənlərin payının dövrün sonuna 50%-ə çatması; Turizm üzrə cəmi xalis daxilolmaların pozitiv dinamikasına nail olunması, Azərbaycana səfər edən ziyarətçilərin sayında dəmir yolu nəqliyyatından istifadə edənlərin payının dövrün sonuna 15%-ə çatması; Azərbaycana avtomobil nəqliyyatı ilə səfər edənlərin sayının hər il 35% artması; Şimal, cənub, qərb istiqamətləri əsas olmaqla ən azı üç quru dövlət sərhədindən buraxılış məntəqələrinin infrastrukturunun turizm baxımından müasir tələblərə uyğunlaşması nəzərdə tutulub.