2025-ci ilin yekunlarına əsasən, turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çəkdikləri xərclərin strukturu açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xarici qonaqların ölkəmizdəki ümumi xərcləri 3 milyard 258 milyon 77 min manat təşkil edib.
Xərclərin bölgüsünə gəlincə, turistlər ən çox vəsaiti nəqliyyata sərf ediblər. Bu istiqamət üzrə xərclər 1 milyard 496 milyon 433 min manat olub ki, bu da ümumi xərclərin təxminən yarısını təşkil edir.
İkinci yerdə yerləşmə (hotel və kirayə) xərcləri qərarlaşıb – burada göstərici 646 milyon 745 min manat olub.
Qidalanma xərcləri 611 milyon 64 min manat həcmlə üçüncü sırada yer alıb.
Digər xərclər üzrə göstəricilər aşağıdakı kimidir:
Mədəniyyət tədbirlərinə və obyektlərinə 20 milyon 679 min manat xərclənib.
Siyahını turizm zərfinin alınması xərcləri tamamlayır. Turistlər bu məqsədlə cəmi 1 milyon 498 min manat ödəyiblər.











