2025-ci ilin yekunlarına əsasən, Azərbaycana səfər edən əcnəbilərin avtobusla sərnişindaşıma xidmətindən məmnunluq dərəcəsi üzrə statistika açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə ümumilikdə 35 min 823 nəfər turist bu xidmət növünü qənaətbəxş hesab etməyib.
Siyahıya Rusiya Federasiyası başçılıq edir. Bu ölkədən gələn 9 min 368 nəfər turist avtobus xidmətlərindən narazı qalıb.
İkinci yerdə Türkiyə qərarlaşıb – qardaş ölkədən gələn qonaqların 5 min 292 nəfəri bu sahədəki xidmətdən qane olmayıb.
Hindistan 3 min 227 nəfər göstərici ilə üçüncü sırada yer alıb. Səudiyyə Ərəbistanından gələn turistlərin 1 min 862 nəfəri xidmətləri bəyənməyib və dördüncü olub.
Digər ölkələr üzrə narazılıq göstəriciləri aşağıdakı kimidir:
Qazaxıstandan gələn 1 min 740 nəfər, Pakistandan gələn 1 min 474 nəfər turist avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb.
Gürcüstan vətəndaşlarının 1 min 335 nəfəri bu xidməti qənaətbəxş hesab etməyib. "Digər ölkələr" kateqoriyasında narazı olanların sayı 1 min 334 nəfər təşkil edib.
Siyahının son pillələrini İsrail (965 nəfər) və Çin (950 nəfər) tamamlayır.











