Turizm

​​​​​​​“Travel Business Azerbaijan Online” - Tədbiri Keçiriləcək

​​​​​​​“Travel Business Azerbaijan Online” - Tədbiri Keçiriləcək | FED.az
15:09 27 Avq 2020

Oktyabrın 14-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Travel Business Azerbaijan Online” tədbiri keçiriləcək.

Eləcə də bax: AZAL-dan baqajların daşınmasında - GÜZƏŞT

FED.az xəbər verir ki, bu barədə  Agentlikdən bildirilib.

"Azərbaycanın turizm və qonaqpərvərlik sənayesini təmsil edən nümayəndələri onlayn tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edirik.

Qeydiyyat üçün son tarix oktyabrın 5-dir. İştirakı ödənişsiz olan tədbir dünyanın bir necə ölkəsini əhatə etməsi səbəbilə Bakı vaxtı ilə saat 05:00-dan 21:00-a qədər davam edəcək.

Tədbirdə Avropa və Körfəz ölkələri, Rusiya və MDB ölkələri, Çin və Cənub-Şərqi Asiya, eləcə də Hindistan və Cənubi Asiya ölkələrindən 300-ə qədər xarici iştirakçının qatılacağı gözlənilir.

Onlayn tədbir haqqında daha ətraflı məlumatı https://travelbusiness.az/ saytından əldə etmək mümkündür" - deyə məlumatda qeyd olunub. 

Digər xəbərlər

Banner