2025-ci il üzrə Şuşa şəhərində fəaliyyət göstərən hotellərin aylar üzrə əldə etdiyi gəlir göstəriciləri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təqdim olunan statistikaya əsasən, Şuşa hotelləri il ərzində dəyişən gəlir dinamikası nümayiş etdirib.
Qeyd edək ki, ölkə üzrə turizm gəlirlərinin əsas hissəsi Bakı şəhərinin payına düşsə də, Şuşa da bu sahədə öz mövqeyini və göstəricilərini formalaşdırır.
Rəqəmlərə əsasən, ilin ilk ayı olan yanvarda hotellərin gəliri 626,4 min manat təşkil edib.
Fevral ayında bu göstərici azalaraq 302,2 min manata ensə də, mart ayında artım müşahidə edilib və 885,9 min manat qeydə alınıb.
Aprel ayında gəlirlər kəskin azalaraq ilin ən aşağı göstəricisinə – 278,5 min manata düşüb.
Bunun ardınca, yazın son ayı olan mayda ciddi sıçrayış baş verib və il üzrə ən yüksək nəticə qeydə alınaraq gəlirlər 1 milyon 215,4 min manata çatıb.
Yay mövsümündə Şuşa hotelləri iyun ayında 891,1 min manat, iyulda 1 milyon 190,8 min manat, avqustda isə 1 milyon 134,2 min manat qazanc əldə ediblər.
Payız aylarında müvafiq rəqəmlər sentyabrda 834,6 min manat olub. Oktyabr ayında yenidən artım qeydə alınaraq gəlirlər 1 milyon 53,7 min manata yüksəlib.
Noyabr ayında bu rəqəm 654,6 min manata geriləyib.
İlin yekunu olan dekabr ayında isə Şuşada yerləşən hotellər 809 min manatlıq gəlir rəsmiləşdiriblər.
|
Aylar |
Gəlir (min manat) |
|
Yanvar |
626,4 |
|
Fevral |
302,2 |
|
Mart |
885,9 |
|
Aprel |
278,5 |
|
May |
1 215,4 |
|
İyun |
891,1 |
|
İyul |
1 190,8 |
|
Avqust |
1 134,2 |
|
Sentyabr |
834,6 |
|
Oktyabr |
1 053,7 |
|
Noyabr |
654,6 |
|
Dekabr |
809,0 |












