2025-ci il üzrə Xankəndi şəhərində fəaliyyət göstərən hotellərin aylar üzrə əldə etdiyi gəlir göstəriciləri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təqdim olunan statistik cədvələ əsasən, şəhərdə ilin ilk beş ayı ərzində – yanvar, fevral, mart, aprel və may aylarında hotellər üzrə hər hansı gəlir qeydə alınmayıb.
Xankəndidə yerləşən hotellərin ilk qazancları yay mövsümünün ilk ayından etibarən formalaşmağa başlayıb. Belə ki, iyun ayında bu göstərici 6,5 min manat təşkil edib.
İyul ayında gəlirlər artaraq 46 min manata çatsa da, avqust ayında azalma müşahidə edilib və rəqəm 17,2 min manata geriləyib.
Payız fəslindən etibarən isə sektorun gəlirlərində kəskin artım baş verib. Sentyabr ayında hotellərin gəliri 388,5 min manata yüksəlib.
Bütün il üzrə ən yüksək nəticə isə oktyabr ayının payına düşüb – bu ayda Xankəndi hotelləri 492,6 min manat gəlir əldə ediblər. İlin sonlarına doğru isə rəqəmlərdə yenidən eniş tendensiyası yaranıb.
Noyabr ayında müvafiq göstərici 268,1 min manat, ilin son ayı olan dekabrda isə 204,4 min manat olaraq rəsmiləşib.
|
Aylar |
Gəlir (min manat) |
|
Yanvar |
- |
|
Fevral |
- |
|
Mart |
- |
|
Aprel |
- |
|
May |
- |
|
İyun |
6,5 |
|
İyul |
46,0 |
|
Avqust |
17,2 |
|
Sentyabr |
388,5 |
|
Oktyabr |
492,6 |
|
Noyabr |
268,1 |
|
Dekabr |
204,4 |











