10 il ərzində Azərbaycan vətəndaşları daha 22 ölkəyə vizasız getmək hüququ qazanıb.
FED.az biznes xəbərləri portalı "Trend"ə istinadən xəbər verir ki, bu barədə “Henley & Partners” şirkətinin yeni Pasportlar indeksində deyilir.
Eləcə də bax: Şengen vizasından imtina alan azərbaycanlıların - SAYI AÇIQLANDI
Azərbaycan həmin reytinqdə 78-ci yerdə qərarlaşıb ki, ölkə vətəndaşları 66 ölkəyə vizasız səfər edə bilər. 2009-cu ildə bu rəqəm 44 ölkə idi.
Eləcə də bax: zərbaycanlılara ən çətin və ən asan viza verən - SƏFİRLİK HANSIDIR? - SORĞU
Reytinqdə birinci yeri Yaponiya və Sinqapur bölüşür. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız səfər edə bilər. İkinci yerdə 187 ölkə ilə Cənubi Koreya, Almaniya və Finlandiya, üçüncü yerdə 186 ölkə ilə Danimarka, İtaliya və Lüksemburq qərarlaşıb.
Eləcə də bax: ABŞ-dan viza istəyənlərın Facebook-una baxacaqlar - DİQQƏTLİ OLUN
Son 10 ildə Azərbaycan vətəndaşları daha 22 ölkəyə - VİZASIZ GETMƏYƏ BAŞLAYIB
08:06
3 İyul 2019