ABŞ Dövlət Departamenti Amerika vizası üçün müraciət edənlərdən sosial şəbəkələrinin ünvanını tələb etməyə başlayıb.
Eləcə də bax: Şengen vizasından imtina alan azərbaycanlıların - SAYI AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Azərbaycanlılara ən çətin və ən asan viza verən - SƏFİRLİK HANSIDIR? - SORĞU
Agentliyin məlumatına əsasən, ABŞ-a bütün viza tipləri almaq üçün yeni anket forması mayın 31-dən qüvvəyə minib. Ərizədə “sosial şəbəkələrin identifikasiya məlumatları” bölməsi yerləşdirilib. Ərizə verən sosial şəbəkələrdən istifadə etmədiyini bildirə bilər, lakin yalan informasiyaya görə xoşagəlməz nəticə gözlənilir.
Eləcə də bax: Azərbaycanda "Facebook" isifadəçiləri aktivləşiblər - RƏSMİ
Dövlət Departamentində bildirilib ki, bu yenilik terroristləri və cəmiyyət üçün təhlükəli olan insanları izləməyə kömək edəcək. Onlara ABŞ ərazisinə giriş qadağa olunacaq.