Azərbaycanın ən böyük özəl aviaşirkəti olan “Silk Way Aviaşirkəti” MMC kapitalının azalmasına qərar verib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, aviaşirkətin nizamnamə kapitalı 65 mln. manat və ya 67 faiz azaldılmaqla 32.03 mln. manat olub.
Eləcə də bax: "Silk Vey Vest Aviaşirkəti" nizamnamə kapitalını - AZALDIR
Bundan öncə “Silk Way Aviaşirkəti”nin nizamnamə kaöitalının həcmi 97.03 mln. manat təşkil edirdi.
“Silk Way Aviaşirkəti” 2001-ci ildə təsis edilib. Şirkət sərnişin, təyyarə və yükdaşıyan yerüstü xidmətlər üçün ən iri regional xidmət təminatçısıdır.