"Silk Vey Vest Aviaşirkəti" MMC nizamnamə kapitalını azaltdığını elan edib.
Eləcə də bax: İri Holdinqin 1 milyon manata yaxın - VERGİ BORCU VAR
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Bununla belə, hazırda kapitalı 173,4 milyon manat olan şirkət bu göstəricini nə qədər azaldacağı açıqlamayıb.
Xatırladaq ki, "Silk Vey Vest Aviaşirkəti" 2012-ci ildə yaradılıb. Şirkət Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir. (Report)