FED.az xəbər verir ki, Aİ Şurasının bugünkü açıqlamasına görə, pandemiya ilə bağlı gediş-gəliş azadlığının məhdudlaşdırılmasına əlaqəli yanaşmaya dair Avropa Komissiyasının tövsiyələri təsdiqləyib:
Eləcə də bax: Şengen vizasının dəyişdirilmiş verilmə qaydaları - QÜVVƏYƏ MİNİR
“Bu tövsiyələr Şengen zonasının fəaliyyətindəki parçalanmaları və pozuntuları aradan qaldıraraq insanlar və işgüzar fəaliyyətlər üçün şəffaflığın artmasına təkan verməlidir”.
Qeyd edək ki, bundan əvvəl karantin məhdudiyyətlərini Aİ ölkələri tərəfindən ayrı-ayrılıqda tətbiq olunması nəticəsində Avropa boyu gediş-gəlişdə çətinliklər ortaya çıxırdı.(Report)