“Şahdağ Turizm Mərkəzi” QSC 2024-cü ildə turist axınının 15-20% artacağını gözləyir.
Qış turizmi: Soyuq qarın qaynar tarifləri - OTELLƏR NİYƏ BELƏ BAHADIR? - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov deyib.
“2022-ci illə müqayisədə bu il turistlərin sayı 15% artıb. Gələn il biz 15-20% səviyyəsində artım gözləyirik”, - deyə o vurğulayıb.
R.Nəcəfov şənbə günü qış turizm mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında bildirib ki, 2023-cü il yanvarın əvvəlindən dekabrın 15-dək “Şahdağ” Turizm Mərkəzindəki hotellərdə 67,821 min nəfər gecələyib. Mərkəzə səfər edən turistlərin sayı isə 158,506 min nəfər olub.
Onun sözlərinə görə, bu qış mövsümündən xizək həvəskarları üçün uzunluğu 1 800 metr olan və müxtəlif beynəlxalq xizək yarışlarının keçirilməsi üçün nəzərdə tutulan xüsusi yeni yamac istifadəyə veriləcək, eyni zamanda, kompleksdə fəaliyyət göstərən xizək yamaclarının daim qarla təmin olunması üçün qar generatorlarının sayı 449-dan 488-ə çatdırılacaq.
Mərkəzin sədri əlavə edib ki, rusiyalı turistlər 2024-cü ilin yanvar-fevral ayları üçün yerlərin 50-60%-ni, ərəb turistlər isə gələn ilin yay mövsümü üçün 50%-ni bron ediblər. (İnterfaks-Azərbaycan)