2025-ci ildə Azərbaycana gələn turistlərin sayı 3 milyona çatacaq.
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, hazırkı artım templərinə əsasən, 2028-ci ilə qədər illik turist sayının 4 milyona yüksəlməsi proqnozlaşdırılır.
"Bizim rekord ilimiz 2019-cu ildə pandemiyadan öncə idi və Azərbaycana 3 milyon 200 nəfər xarici vətəndaş gəlmişdir. Gələn il üçün biz gözləyirik ki, bu rəqəmə maksimal olaraq yaxınlaşacağıq və say 3 milyon nəfər təşkil edəcək. 2026-cı ildə artıq bu rəqəmi keçəciyik 3 milyon yarım hədəfləmişik. 2027-ci ildə təxminən 3 milyon 800 mindən artıq və 2028-ci üçün strategiyamız deməyə imkan verir ki, 4 milyon turist Azərbaycana səfər edəcək" - deyə K. Quluzadə bildirib.