Rusiyanın daha bir aviaşirkəti Samara-Bakı-Samara aviareysi üzrə birbaşa uçuşlara başlayır.
Eləcə də bax: Daha bir aviaşirkət Rusiyanın üç şəhərindən - Bakıya Uçuşlara Başlayır
FED.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, bu gündən etibarən Rusiyanın "S7 Airlines" aviaşirkəti Samara-Bakı-Samara aviareysi üzrə uçuşlara başlayacaq: "Aviaşirkət Bakıdan Samaraya ilk uçuşunu bu gün saat 23:45-də yerinə yetirəcək".
Qeyd edək ki, S7-dən başqa Rusiyanın "IrAero" (çərşənbə axşamı), "Nordwind" (çərşənbə axşamı) və "Ural Airlines" (şənbə) aviaşirkətləri də sözügedən marşrut üzrə həftədə bir dəfə uçuşlar həyata keçirir.
Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa, Mineralnıye Vodı, Perm, Orenburq, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya, Moskva və Sankt-Peterburqdan isə Lənkərana birbaşa uçuşlar yerinə yetirilir. (Apa)