Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) 6 aviaşirkətin RF-nin müxtəlif şəhərlərindən Azərbaycana uçuşlar həyata keçirməsinə icazə verib.
Eləcə də bax: Daha bir şirkət Bakıya - Uçuşlara Başlayır
FED.az, qurumun iyulun 23-də keçirilmiş iclasının yekunları üzrə “İjavia”, “Red Wings”, “İjavia”, “İrAero”, “YVT Aero” və “Nord Star” aviaşirkətlərinin Azərbaycana reyslər yerinə yetirməsinə icazə verilməsi ilə bağlı qərar qəbul edilib.
“Rosaviasiya”nın qərarına əsasən, “Nord Star” aviaşirkəti həftədə 7 dəfə Jukovski-Bakı reysi, eləcə də həftədə 3 dəfə Jukovski aeroportundan Gəncə, Naxçıvan, Lənkəran və Qəbələyə reyslər yerinə yetirmək üçün icazə əldə edib.
Bundan başqa, “İrAero” aviaşirkətinin həftədə 2 dəfə Moskva-Naxçıvan, “İjavia” aviaşirkətinin Krasnodar-Bakı (həftədə 2 dəfə), “Red Wings” aviaşirkətinin Kazan-Bakı (həftədə 2 dəfə) və Perm-Bakı (həftədə 2 dəfə), “YVT Aero” aviaşirkətinin Kazan-Bakı marşrutu (həftədə 3 dəfə) üzrə uçuşlar həyata keçirməsinə icazə verilib. (İnterfaks)