Novosibirskdən Bakıya birbaşa uçuşlar həyata keçirən yeganə aviaşirkət olan “İraero” bu marşrut üzrə reyslərə tələbatın yüksək olması səbəbindən uçuşların tezliyini həftədə iki dəfədən beş dəfəyə çatdırmaq qərarına gəlib.
Eləcə də bax: “Azimut” şirkəti Moskvadan Azərbaycana - Uçuşlara Başlayır - BİLETİN QİYMƏTİ
FED.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.
"2022-ci il avqustun 1-dən “İrAero” aviaşirkəti həftədə 5 dəfə Novosibirsk – Bakı (Azərbaycan) – Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar həyata keçirəcək. Uçuşlar bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri "Superjet 100" təyyarələri ilə həyata keçiriləcək. Bir tərəfə biletin qiyməti - 17 000 rubldan (təqribən 310 dollar edir - FED.az) başlayır", - deyə mətbuat xidmətindən bildirilir. (Trend)