Avqustun 3-dən etibarən “Azimut” aviaşirkəti Moskvadan (“Vnukovo”) Gəncəyə (Azərbaycan) və geri istiqamətdə uçuşlara başlayır.
Eləcə də bax: Rusiya aviaşirkəti Moskvadan Gəncəyə reyslərin sayını - ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti bildirir.
Reyslər həftənin çərşənbə və bazar günləri yerinə ytiriləcək – “Vnukovo”dan uçuş saat 11:40-da, Gəncəyə eniş saat 16:30-da olacaq. Gəncədən uçuş saat 17:50-də, “Vnukovo”da eniş saat 20:40-da olacaq. Hər aeroport üçün yerli vaxt qeyd edilib.
Xəbər verildiyi kimi, mayın 30-dan “Azimut” aviaşirkəti Həştərxan-Bakı və geri istiqamətində reyslərə başlayıb. (İnterfaks-Azərbaycan)
FED.az bildirir ki, sözügedən şirkətlə Gəncədən Moskvaya uçuş üçün bilet qiyməti normalda bir tərəfə 92-93 min rubla başa gəlir. Bu - indiki məzənnələri nəzərə aldıqda 170-180 dollardır. Yəni bu reyslə gedib qayıtmaq ümumilikdə təqribən 330-350 dollara və ya 560-600 manata başa gələcək.