Türkiyə hökuməti ölkəyə axın edən əcnəbi kütləsindən daha yaxşı faydalanmaq üçün vətəndaşlıq müraciətinə əsas verən tələbləri sərtləşdirib.
FED.az xəbər verir ki, hökumətin yeni qərarına əsasən vətəndaşlıq almaq üçün yatırılan investisiyanın məbləği artırılıb.
Qeyd edək ki, bu məsələ hələ 1 ay əvvəl prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hökumətin toplantısında müzakirə edilmişdi, indi isə bu qərar rəsmiləşib.
Yeni qərara əsasən, Türkiyədə vətəndaşlıq almaq üçün daşınmaz əmlaka tələb olunan sərmayənin məbləği 250 min dollardan 400 min dollara qaldırılıb. Dəyişiklik, bu qərarın rəsmi qəzetdə dərcindən sonra qüvvəyə minəcək.
Dəyişiklik təkcə vətəndaşlığa aid deyil. Türkiyədə müvəqqəti yaşamaq icazəsi almaq üçün alınan əmlakların qiyməti də dəqiqləşib. Belə ki, artıq müvəqqəti yaşayış icazəsi almaq üçün Türkiyənin iri şəhərlərində daha bahalı əmlak almaq tələb olunacaq.
Belə ki, hökumət 30 iri şəhərin siyahısını müyyən edib və bu şəhərlərdə alınan əmlakın minimum qiyməti 75 min dollardır. Nisbətən kiçik olan daha 51 şəhərdə isə alınan əmlak minimum 50 min dollar olmalıdır.
Nəticədə, məsələn Bodrum, Fəthiyə, Ankara, İstambul, Antalya, İzmir, Mersin və Muğladan müvəqqəti yaşayış icazəsi üçün alınacaq alınan əmlakların məbləği 75 min dollardan aşağı olmamalıdır.