Rusiya iyunun 10-dan etibarən 10 ölkə ilə aviareyslərin sayını artırır.
Eləcə də bax: Rusiyanın daha bir şəhərindən - Bakıya Uçuşlar Başlayır
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin ölkələr Azərbaycan, Yunanıstan, Qətər, Ermənistan, Özbəkistan, Tacikistan, Misir, Serbiya, Belarus və Almaniyadır.
İyunun 10-dan başlayaraq Moskva-Afina marşrutu üzrə həftədə 2, Moskva-Bakı, Moskva-Yerevan, Moskva-Doha, Moskva-Daşkənd, Moskva-Düşənbə marşrutu üzrə həftədə 1, Moskva-Qahirə, Moskva-Belqrad marşrutu üzrə isə həftədə 7 reys həyata keçiriləcək.