“Ural Hava Yolları” iyunun 3-dən Rusiyanın Perm şəhərindən Bakıya uçuşlara başlayacaq.
FED.az xəbər verir ki, “Bolşoye Savino” hava limanının cədvəlinə əsasən, uçuşların oktyabrın 28-dək davam etməsi planlaşdırılır.
Uçuşlar hər həftə cümə axşamı günü həyata keçiriləcək. Təyyarə Permdən Bakıya olan məsafəni 3 saat 5 dəqiqəyə qət edəcək.
“Ural Hava Yolları”nın veb saytında bilet satışları başlayıb. Bir tərəfə uçuşun qiyməti 15,2 min rubldan (207,5 ABŞ dolları) başlayır. Bunun promo-qiyməti olduğu bildirilir. Ekonom sinif biletinin dəyəri 17,7 min rubldan (241,6 ABŞ dolları) başlayır. (Report)