Xəbər verildiyi kimi, AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Tacikistanın paytaxtına birbaşa reys açmağa hazırlaşır.
AZAL Bakıdan Küveytə uçuşlara başlayır - BİLET QİYMƏTLƏRİ
Şirkətdən verilən məlumata görə, mayın 30-dan etibarən Düşənbəyə birbaşa uçuşlar həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri həyata keçiriləcək.
FED.az-ın araşdırmasına görə, Bakıdan «Buta Airways»la Düşənbəyə uçmaq üçün biletin qiyməti 149 manatdan başlayır. Bu qiymətə Bakıdan Düşənbəyə uçmaq olar, geri uçuşun qiyməti isə 205 manatdan başlayır.
Amma 149 manatdan başlayan qiymət yalnız «büdcə» sinfinə (baqajsız) aiddir. «Buta standart» sinfi (10 kiloqram əl yükü) ilə uçuşun qiyməti 168 manatdan, «Buta Super» sinfi ilə (10 kilo əl yükü, 23 kq normal yük) uçuşun qiyməti isə 205 manatdan başlayır.
Əks istiqamətdə isə «Büdcə» sinfi ilə uçuş 205 manatdan başlayır, «Buta standart»la uçuş 235 manat, «Buta super»lə uçuş isə 260 manata başa gələcək.