AZAL aprelin 22-dən etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir.
FED.az xəbər verir ki, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.
AZAL daha bir ərəb ölkəsinə uçuşlara başlayır – BİLET QİYMƏTLƏRİ
Küveyt yerli görməli məkanları, müasir şərq memarlığı, çimərlik istirahəti və alış-veriş turistləri cəlb edir.
Aviabiletləri www.azal.az saytından, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mükündür.
FED.az xəbər verir ki, Bakıdan Küveytə və əksinə uçuşlar minimium qiymətlə 718 manata başa gələcək. Bakıdan uçuş üçün minimum («ekonom sinif» bileti) qiymət 379 manat, geri uçuş isə 339 manatdan başlayır.