Azərbaycanda yay istirahətinin və bölgələrə səyahətin ən qızğın vaxtıdır. Hazırda bölgələrdə, xüsusilə də turizm sahəsində məşhur olan rayonlarda əksər istirahət mərkəzləri və otellər müştərilərlə doludur.
"Xodda maşını Nabrana sür!" Bugün Nabranda - QİYMƏTLƏR NECƏDİR?
FED.az xəbər verir ki, bəzi yerlərdə bu vəziyyət qiymət artımına və xidmətin aşağı düşməsinə də səbəb olur.
Sosial şəbəkə istifadəçiləri bölgələrdə qarşılaşdığı halları açıqlayıblar:
Bakıdakı pullu çimərliklərə - GİRİŞ QİYMƏTLƏRİ – SİYAHI, MƏBLƏĞLƏR
«Həftəsonu yaxın dostumuzun xeyir işi ilə əlaqədar Qəbələdə 2 günlük qalmalı olduq. Bu zaman gördüyüm bəzi nüansları qeyd edəcəm.
1. Qiymətlər kəllə-şarx.
Son zamanlar gələn xarici qonaqlara fokuslu hər şeyin qiymətini 1-ə 2 qaldırıblar. «Köşəm» adlı məşhur restorana getmişik, restoranda xidmət səviyyəsi sıfırın belə altında idi. Səhər yeməyi menyusunda seçilənlərin bəziləri olmasa da qiyməti 2 nəfər üçün 40 azn idi. Daha sonra hələ işçi ilə administrator arasında hər ağızdan bir avaz səslənməsimi deyim, işçinin administratorun dediyini səhv çıxarmasımı deyim, bizi də ərəb hesab edib edib çayları əlavə vurmalarımı deyim, bilmirəm. Türklər demiş bir sözlə - rəzalət.
Ev qiymətləri əl yandırır. Adi 2 gecəlik hovuzlu ev qiymətləri 1000 AZN-ə qədər gəlib çıxır. Bu qiymətə ölkə xaricində hoteldə istirahət etmək daha uyğundur.
2. Təmizlik və keyfiyyət.
Spa/hovuz xidmətlərindən istifadə üçün 5 ulduzlu «Riverside» hotelini seçdik ki, biraz həm dincələk, həm də əylənək. Təəssüf ki, burada da heç xoş ab-hava olmadı. Ümumilikdə geyim üçün yerləri çox darısqal və narahat idi.
Hovuza nəzarət edən olmadığı üçün paltarlı girən qonaqlar çox pis mənzərə ilə qarşıladı məni. Daha sonra xidmətlərdən istifadə zamanı geyim üçün xalatı, Türk hamamı üçün sabunu, kisəni əldə etmək kifayət qədər uzun zaman alırdı. Su buxarı hamamı hissəsindən isə kəskin kanalizasiya qoxusu gəlməsi məni bu 5 ulduzlu məkana sıfır xal verməyə səbəb verdi.
3. Düzənsiz satış və əyləncə məntəqələri.
Tam olaraq düzənsiz, «kimin əlinə nə keçdi» şəklində qurulan satış məntəqələri adamı çox yorur. Nohurgöl ətrafında salınan əyləncə yeri məni ümumilikdə çox kədərləndirdi. Bir zamanlar tam olaraq göl mənzərəsindən həzz almaq, çadır atıb kamp qurmaq üçün gəldiyimiz yerləri indi kafe/restoranlar basıb. Hamısı da iç-içə və səliqəsiz formada. Gül kimi təbiəti vəhşicəsinə istismar edirlər.
Ümumi olaraq təbiət olaraq yaxşı olsa da xidmət olaraq kifayət qədər aşağı, qiymət olaraq isə bir o qədər yuxarıdır».